...

Hikmət Qafarlıya beynəlxalq təyinat


FİFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb. O, martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan AVRO-2023-ün əsas mərhələsinin 2-ci qrupunun oyunlarını idarə edəcək. Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı Ukrayna, Rumıniya və Monteneqro futzalçıları qarşılaşacaq.