...

Yarımfinalçılar müəyyənləşdi


Bu gün Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunları keçirilib. İlk oyunda “Baku Fire” böyükhesablı qələbə qazanmaqla mərhələ adlayıb. Günün ikinci oyunu gərgin keçib. Matçın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Buna görə də qalibi müəyyənləşdirmək üçün komandalar hərəsi 5 dəqiqədən ibarət daha 2 hissə mübarizə aparıb. Daha üstün oynayan “Neftçi” qələbə qazanıb. Növbəti dueldə hesabı U-19 açsa da, gənclər üstünlüyünü qoruya bilməyib. Təcrübəli futzalçılardan qurulmuş heyətə sahib MUM inamlı qələbə qazanaraq növbəti yarımfinalçı olub. Son matçda da gərgin və barışmaz mübarizənin şahidi olduq. Qarşılıqlı qollarla müşayət olunan duelin yekununda “Rəvan” mərhələ adlamağı bacarıb.

Baku Fire – Record club 19:1

Şamaxı - Neftçi İK  3:3 ə.v 4:7

MUM - U-19  5:2

ADBTİA – Rəvan 5:8

 

½ FİNAL

Rəvan - Neftçi İK

MUM - Baku Fire