...

FİFA referimiz final mərhələsində


19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində bu gün keçiriləcək Fransa – Portuqaliya oyununun birinci hakimi həmyerlimiz Hikmət Qafarlı olacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçda ona Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcək. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.