...

Elçin Səmədli təyinat alıb


Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.

E.Səmədli futzal üzrə Çempionlar Liqasının 6-cı qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda “Gentofte” (Danimarka), “Riqa” (Latviya), “Radnik Bijeljina” (Bosniya və Herseqovina) və “Plzen” (Çexiya) komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 25-dən 28-dək Çexiyada təşkil olunacaq.