...

İntizam Komitəsinin qərarları


14.03.2024-cü il tarixində futzal üzrə Yüksək Liqanın 16-cı turunda keçirilən “Baku Fire” – “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandasının oyunçusu Reza Abgoun oyunun 20-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
 
14.03.2024-cü il tarixində futzal üzrə 1-ci Liqanın 17-ci turunda keçirilən PFL – “Bakı” MFK oyununda “Bakı” MFK komandasının məşqçisi Namiq İbrahimov oyunun 28-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimlər və yarış təşkilatçılarının ünvanına davamlı olaraq təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır (maddə 43.4);
 
14.03.2024-cü il tarixində futzal üzrə 1-ci Liqanın 17-ci turunda keçirilməli olan “Metropoliten” – “Dalğa” oyunu “Metropoliten” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Metropoliten” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
 
15.03.2024-cü il tarixində futzal üzrə 1-ci Liqanın 17-ci turunda keçirilən “Timsport” – “Trabzon Azərbaycan” oyununda “Trabzon Azərbaycan” komandasının oyunçusu Əkbər Hüseynov oyunun 21-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
 
15.03.2024-cü il tarixində futzal üzrə 1-ci Liqanın 17-ci turunda keçirilən “Timsport” – “Trabzon Azərbaycan” oyununda “Timsport” komandasının oyunçusu Fərid Quliyev oyunun 30-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5).