...

Bu gün Azərbaycan kuboku, final


Bu gün Azərbaycan kubokunun 2023-2024-cü il mövsümünün final oyunu keçiriləcək. Saat 14:00-da başlayacaq matç CBC Sport-la canlı yayımlanacaq.

Bakı İdman Sarayında start götürəcək görüşdə "Araz-Naxçıvan"la "Baku Fire" üz-üzə gələcək. Qeyd edək ki, "Baku Fire" ölkə kubokunun ötənmövsümkü qalibidir, "Araz-Naxçıvan" isə 15 ildir bu titulu qazana bilmir. 

Araz-Naxçıvan – Baku Fire

7 may. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov

Hakim-inspektor: Ramiz Əsədov