...

Hakim təyinatında yenilik


Fevralın 1-dən etibarən Birinci və İkinci liqaların oyunlarına da üçüncü hakim təyinatı olacaq. Bununla bağlı AFFA-nın Hakimlər Komitəsi qərar qəbul edib. Belə ki, indiyə qədər ancaq Yüksək Liqanın və Azərbaycan kubokunun oyunlarına üçüncü hakim təyinatı edilirdi. Birinci və İkinci liqanın oyunlarına isə iki hakim təyinat alırdı.