...

Finalçılar müəyyənləşib


Bu gün Azərbaycan kubokunun yarımfinal oyunları keçirilib. Mərhələnin ilk duelində Yüksək Liqanın iki komandası üz-üzə gəlib. Çempionatda gümüş medalları “Baku Fire”ə uduzan “Neftçi” finala yüksəlməklə bunu sığortalamağa çalışırdısa, nominal qonaqlar titulunu qorumaq iddiasında idi. Hər iki komanda meydana optimal heyətlə çıxmışdı. İlk dəqiqələrdən qapıçını meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” 3-cü dəqiqədə bunun bəhrəsini gördü. Manafov komandasına hesabda üstünlük qazandırdı. Növbəti qol isə 10-cu dəqiqədə vuruldu. Bu dəfə Rüstəmli fərqi 2 top çatdırdı. Fasiləyə qədər Manafov dubl etmək şansını qaçırmadı. İkinci hissəyə “Neftçi” qolla başlasa da, cəmi 40 saniyə sonra Manafov yenidən fərqi 3 topa çatdırdı.Ümumiyyətlə ikinci hissə daha məhsuldar keçdi. Komandalar hərəyə 4 top vurdu. Yekynda isə qələbəni bayram edən “Baku Fire” ilk finalçı oldu. İkinci oyunda hesabı PFL açsa da, “Araz-Naxçıvan” fasiləyə qədər status-kvonu bərpa edib. Amma ikinci hissədə nominal qonaqlar oyunda ikinci dəfə hesabı xeyrinə dəyişib. Ancaq braziliyalılar ardıcıl qollar vurmaqla sürprizə imkan verməyib. Beləliklə Azərbaycan kubokunun final matçında Yüksək Liqanın qızıl və gümüş medalçıları – “Araz-Naxçıvan” və “Baku Fire” qarşılaşacaq. Oyun mayın 7-də, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək.

 

Neftçi İK – Baku Fire (0:3) 4:7

25 aprel. Bakı İdman Sarayı. Saat 15:00

Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Haçıəli Ağayev

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Reza Abgoun, 21:22, 30:58, Vahib Xocayev, 23:50, Namiq Məmmədkərimov, 24:57 // Kənan Manafov, 2:13, 18:11, 22:02, Oktay Rüstəmli, 9:45, 23:30, İaqo Henrique, 29:07, Tofiq Mikayılov, 37:10

Sarı vərəqələr: Namiq Məmmədkərimov, 4:27, Amir Şojaei, 36:15, Anar Məmmədov, 37:25, Soruş Heidari, 39:45 // Fərid Ələkbərov, 35:57, Kənan Manafov, 38:46

 

“Neftçi” İK

12. Anar Məmmədov (q), 7. Soruş Heidari, 10. Reza Abgoun, 20. Alireza Bayat, 22. Amir Şojaei, 1. Zaur Sultanov (q), 11. Namiq Məmmədkərimov (k), 3. Şahbaz Həndəmli, 4. Fərid Atakişiyev, 5. Nüsrət Fərzəli, 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 9. Vahib Xocayev, 13. Əjdər Əjdərov

Baş məşqçi: İlkin Hacıyev

 

“Baku Fire”

12. Kamran Hacıyev (q), 10. Oktay Rüstəmli, 11. İaqo Henrique, 14. Tofiq Mikayılov, 17. Fərid Ələkbərov, 1. Elnur Zamanov (q), 4. Elvin Quliyev (k), 3. Oruc Baxşəlizadə, 7. Faiq Əliyev, 8. Nihad İsmayılov, 9. Murad Quluzadə, 19. Tofiq Əliyev, 20. Fərid Abbasov, 99. Kənan Manafov

Baş məşqçi: Teymur Eyvazov

 

Araz-Naxçıvan – PFL (1:1) 6:3

25 aprel. Bakı İdman Sarayı. Saat 18:00

Hakimlər: Rza Məmmədov, Ziya Nəsirov, Hacıəli Ağayev

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Lukas Romao, 13:34, 37:22, Amadeu, 29:31, 36:29, Andre Junior, 31:12, Miloş Todoriç, 39:06 / Eyvaz Tağıyev, 3:43, Raqif Eyvazov, 22:12, Emil Abaszadə, 39:37

Sarı vərəqələr: Novruz Kazıxanov, 26:33 // Bəkir Cəbiyev, 26:15, Zakir Kərimov, 30:36

 

“Araz-Naxçıvan”

19. Vladislav Reznov (q), 9. Emil Həsənzadə, 10. Miloş Todoriç, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 1. Emin Kürdov (q, k), 3. Məhəmməd Abbasov, 7. Lukas Romao, 8. Andre Junior, 12. Azər Fərmanov (q), 15. Diaqo Auqusto, 18. Tofiq Hüseynov, 20. Amadeu

Baş məşqçi: Vitali Borisov

 

PFL

12. İlqar Rzayev (q), 7. Yaşar Qasımov (k), 8. Nicat Qafarlı, 17. Zakir Kərimov, 20. Elşən Zərbəliyev, 83. Şirin Ağayev (q), 5. Emil Abaszadə, 6. Fərrux Hüseynzadə, 14. Bəkir Cəbiyev, 18. Balarza Qədirli, 22. Raqif Eyvazov, 77. Eyvaz Tağıyev, 82. Telman Kərimov