XƏBƏRLƏR
-
"Araz-Naxçıvan"ın məşqi: Video
-
"Araz-Naxçıvan"ın məşqi. Mostar (fotoreportaj)
UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz-Naxçıvan" matçın keçiriləcəyi Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada ilk məşqini keçirib.
-
"Araz-Naxçıvan" Mostarda
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" bu gün Bakı-İstanbul-Sarayevo reysi ilə Bosniya və Herseqovinaya gəlib. Sarayevodan təxminən 2 saatlıq avtobusla Mostara səfər edən təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 22:00-da ilk məşqinə çıxacaq.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada II turdan sonra 5 futzalçının passivində 2 sarı vərəqə var. Bu 5 futzalçı 3 klubun üzvüdür.
-
Statistika həvəskarları üçün
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub. Bu liqanın yeni 2022-23-cü il mövsümündə ölkəmizi “Araz-Naxçıvan” təmsil edəcək. Klublarımızın futzal üzrə UEFA kubokundakı nəticələrini diqqətinizə çatdırırıq:
-
İkinci Liqa, III tur: Oyun cədvəli
İkinci Liqada III turun oyun cədvəli açıqlanıb. Turun görüşləri oktyabrın 30-da Olimpik Starda keçiriləcək.
-
10 qol vuruldu, 1 xal qazanıldı
Bu gün İkinci Liqada II turun oyunları keçirilib. Son çempion debütantı üstələyib. Mərkəzi matçda isə xallar yarı bölünüb. Ən çox qol turun son görüşündə vurulub – 21 qol. “Rəva” ikinci, “Timsport” isə ilk qələbəsinə sevinib.
-
“Araz-Naxçıvan” səfərə bu heyətlə yollanır
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” sabah - oktyabrın 24-də səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək. Komandamız qrup oyunlarına evsahibliyi edəcək Mostar şəhərinə paytaxtdan avtobusla hərəkət edəcək. Baş məşqçi Joze Alesio Da Silva Çempionlar Liqasının oyunlarına 13 futzalçı ilə yollanacaq. Felipinyo cəzalı olduğuna görə, bu matçlarda “Araz-Naxçıvan”a kömək edə bilməyəcək.