Əsasnamə


                                                                                                                                    

2023/2024-cü il futzal mövsümündə Yüksək Liqa və Birinci Liqa klubları üçün Azərbaycan çempionatının və  Azərbaycan Kuboku uğrunda yarışların

                                                          

                                                         Ə S A S N A M Ə S İ

                                                               

  1. Məqsəd və vəzifələr
    • Azərbaycan çempionatı və Kuboku aşağıdakı məqsədlər üçün keçirilir:
  • Futzalın populyarlığını və inkişafını təmin etmək;
  • Çempionatın və Kubokun qalibini müəyyən etmək;
  • Çempionatın yekununda komandaların tutduqları yerləri müəyyən etmək;
  • Futzalçıların ustalığının yüksəldilməsi;
  • Avropa və Dünya Çempionatları matçlarında, Olimpiya oyunlarında çıxış etmək üçün Azərbaycan milli komandasına namizədlərin hazırlanması;
  • UEFA Çempionlar Liqası oyunlarında iştirak etmək üçün ən güclü komandanın müəyyənləşdirilməsi.

 

  1. Yarışlara rəhbərlik

 

  • Yüksək Liqa, Birinci Liqa və Azərbaycan kuboku uğrunda yarışların təşkili və onlara nəzarəti Azərbaycan Futzal Federasiyası (AFF) həyata keçirir.

 

  1. Yarışların keçirilmə şərtləri və iştirakçıları

3.1. Yüksək Liqada 6  komanda iştirak edir. Yarış dairəvi sistemlə keçirilir və dörd   dövrədən ibarətdir. Çempionat başa çatdıqdan sonra sonuncu yeri tutmuş komanda Yüksək Liqanı tərk edəcək, Birinci Liqanın qalibi 2024/2025-ci il  mövsümündə Yüksək Liqada iştirak etmək hüququ qazanacaq. Yüksək Liqada iştirak etmək hüququ qazanan komanda tələblərə və lisenziyalaşdırma normalarına tam cavab verməsə  və ya  Yüksək Liqada iştirak etməkdən imtina edərsə, həmin  komandanın əvəzinə Birinci Liqada yüksək yerlər tutmuş digər komanda Yüksək Liqada iştirak etmək hüququ qazanacaq (tələb olunan normalara tam cavab verən komandalara şamil ediləcək).

  • Birinci liqada 12 komanda iştirak edir, yarış dairəvi sistemlə keçirilir, 2 dövrədən ibarətdir.
  • Bütün mübahisəli məsələlər Azərbaycan Futzal Federasiyası tərəfindən həll olunur.

3.3 Futzal üzrə liqalarda və Azərbaycan kuboku oyunları zamanı legioner futzalçılarla bağlı limit tətbiq edilir:

  • Komandalar sifariş vərəqəsinə maksimum 7 legioner, ümumilikdə 25 oyunçunun, oyunun protokoluna maksimum 7 legioner, ümumilikdə 14 futzalçının ad və soyadını daxil edə bilər;

 

  • Birinci Liqa həvəskar statusu daşıyır və bu liqada peşəkar futzalçı çıxış edə bilməz.

3.5 Futzalçı və ya məşqçi ancaq bir komandanın üzvü ola bilər. Yüksək Liqada çıxış edən futzalçı başqa heç bir peşəkar liqada iştirak edə bilməz.

3.6 Yüksək Liqada və Birinci Liqada iştiraka görə üzvlük haqqı:

  • Yüksək Liqa üçün 0 manat
  • Birinci Liqa üçün 200 manat

3.7 Oyunçuların (o cümlədən, legioner futzalçıların) əlavə sifariş edilməsi və keçidləri yalnız iki qeydə alınma transfer  (yay və qış) dövründə həyata keçirilir. Əgər futzalçı transfer dövrləri başa çatmazdan əvvəl azad agent statusuna malik olarsa, bu halda futzalçının ancaq Yüksək Liqada (peşəkar status olduğuna görə) qeydiyyatı mümkündür. Azad agent statuslu futzalçının transferi üçün son tarix 1 mart 2024-cü il təyin olunur. Yalnız U-19-a hər ay maksimum 2 futzalçını heyətinə cəlb etməyə və qeydiyyatdan keçirməyə icazə verilir.

  • UEFA Çempionlar Liqası yarışında iştirak edən komanda cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir. Tur çərçivəsində oyunun dəyişdirilməsi: həmin turda klubun matçının təyin olunduğu gündən bir gün sonraya və ya bir gün əvvələ dəyişdirilməsi, eləcədə təxirə salınması nəzərdə tutulur.
  • Yüksək Liqa və Birinci Liqa matçlarında əvəzetmə ilə bağlı limit yoxdur.
  • Azərbaycan Kuboku uğrunda yarışa Yüksək Liqa və Birinci Liqa komandaları buraxılırlar. İstisna hal kimi, Naxçıvan Muxtar Respublikasında təşkil edilən futzal liqasında iştirak edən komandalar müraciət edə bilərlər.
  • Azərbaycan çempionatı matçlarının keçirilməsi tarixləri yarışların təqvimi ilə müəyyən edilir.
  • Komandalar oyunun başlanmasına 75 dəqiqə qalmış oyun keçirilən zala gəlməli, matçın protokolu ən geci oyunun başlamasına 75 dəqiqə qalmış FİFA CMS sistemdə protokolda nömrələri göstərilməklə oyunçuların adları, soyadları yazmalı, “ilk 5-lik”də meydana çıxacaq futzalçıların adları qarşısına fərqləndirici işarə qoymalıdır. Yüksək Liqa, Birinci Liqa və ölkə kuboku yarışları matçlarında protokola maksimum 14 futzalçının adı və soyadı yazılır.
  • Rəsmi dəvətlə ölkə hüdudlarından kənara yola düşən klubların (komandaların) tərkibinə AFF-nin nümayəndəsi daxil edilir. Nümayəndənin səfər xərcləri klub (komanda) tərəfindən ödənilir.
  • A milli, U-19 yığma komandalarına üç və daha çox futzalçını ezam edən klub çempionat və kubok yarışındakı növbəti oyunlarının başqa vaxta keçirilməsi ilə əlaqədar AFF-ə müraciət edə bilər. Qərarı AFF verəcək.
  • Yüksək və Birinci Liqada iştirak edən klublar 2 dəst (müxtəlif rənglərdə) geyim formasını təqdim etməlidir. Ev sahibi komanda matçın startına 2 gün qalmış hansı rəngdə geyim formasında meydana çıxacağını qarşılaşacağı rəqibə bildirməlidir. Əgər göstərilən vaxta qədər meydan sahibi komanda qonaq komandaya formalarla bağlı məlumat verməzsə, yaranacaq problem zamanı dəyişikliyi meydan sahibi komanda edəcək. Əgər meydan sahibi komanda qeyd olunan vaxta qədər məlumat veribsə və rənglər eyni olarsa, hakimin göstərişi ilə qonaq komanda formasını dəyişməlidir. Qapıçının forması rənginə görə hər iki komanda oyunçularının və hakimlərin formasından seçilməlidir. Oyunçunun geyim formasında idman klubunun emblemi olmalıdır (ad və soyadların yazımlası da mümkündür. Bu zaman Azərbaycan əlifbasından istifadə edilməklə  yazılmalıdır). Sifariş vərəqəsində qeydiyyata alınmış futzalçı çempionat və  kubok oyunlarında eyni nömrə altında çıxış etməlidir. Həmin nömrə ilə oyunçu protokolda qeyd edilməlidir. Emblemin ölçüləri 100 kv.santimetrdən çox olmamalı və futzal formasının döş hissəsinin yuxarı tərəfində yerləşdirilməlidir. Futzal formasında nömrənin hündürlüyü 25 sm., zolağın eni isə 3 sm. olmalıdır. Zolaqlı formalarda nömrə ağ düzbucaqlı parçaya tikilməlidir. Nömrələr 1-dən 99-a qədər olmalıdır.
  • Komandaların oyun geyim dəstində hər hansı bir xarici ölkənin dövlət atributları (bayrağı, gerbi) əks oluna bilməz. Azərbaycan dilindən başqa dildə yazıdan istifadə, eləcə də hansısa dini, siyası və irqçi şüarlardan, təbliğatdan istifadə etmək qadağan olunur. Bu cür məsələlər AFF ilə razılaşdırılmalıdır.
  • Matçın yerini və vaxtını AFF təyin edir.
  • AFF müstəsna hallarda (fors-major, zalla bağlı, eləcə də canlı yayımla bağlı hallarında) matçların vaxtını və yerini dəyişmək hüququna malikdir.
  • Oyun zamanı yalnız 6 nəfər rəsmi şəxsə və 9 nəfər ehtiyat oyunçuya ehtiyat skamyada əyləşməyə icazə verilir. Ümumi say maksimum 15 nəfərdən ibarət olmalıdır. Texniki zona xüsusi nişanla ayrılmalıdır. Ehtiyat oyunçulara yalnız meydanın onlara aid hissəsində, künc cinah zonasında məşq hərəkətləri etməyə icazə verilir. Ehtiyat skamyada əyləşə biləcək şəxslər: məşqçi korpusu, futzalçılar, tibbi personal, inzibatçı, tərcüməçi.
  • Milli yığma komandalara dəvət olunan futzalçıların xaricə getmələri üçün sənədləri vaxtında təqdim etməyən, yaxud üzürlü səbəb olmadan onların yığma komandaların sərəncamına vaxtında gəlməsini təmin etməyən kluba qarşı sanksiyalar tətbiq olunur. Gəlməkdən imtina edən futzalçı isə İntizam qaydalarına uyğun olaraq cəzalandırılır.
  • Klubun adı ilə komandanın adı eyni olmalıdır. Əgər komandanın adı dəyişdirilərsə, klubun da adı dəyişilməlidir. Yeni adla özündən əvvəlki klubun Azərbaycan qanunlarına uyğun olması barədə sənədləri AFF-yə və AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə təqdim  edən klub milli çempionatlarda iştirak edən əvvəlki klubun hüquqlarına yiyələnir.
  • Yüksək Liqa yarışlarının nəticələrinə görə yüksək yerləri tutmuş klublar idman prinsiplərinə əsasən UEFA-nın klub yarışında iştirak etmək hüququ qazanır.
  • Yüksək və Birinci Liqadan kənarlaşdırılmış komanda 1 il AFF-nin bayrağı altında keçirilən heç bir yarışa buraxılmayacaq. Həmin komandanın ödədiyi üzvlük haqqı geri qaytarılmayacaq.
  • Yüksək Liqa, Birinci Liqa və Azərbaycan Kuboku matçları FİFA tərəfindən təsdiq edilmiş toplarla keçirilməlidir.
  • Azarkeşlərin açmaq istədiyi və oyunöncəsi futzalçıların meydana çıxarmaq istədiyi pankartlar AFF-in icazəsi olduqdan sonra baş tuta bilər. Hər hansı bir pankartın açılması üçün  klub əvvəlcədən AFF-ə məlumat verməlidir.
  • Hərbi xidmət müddətini başa vurmuş futzalçının komandası çempionatda iştirakını davam etdirirsə, onun adı istənilən vaxt komandasının iştirak ərizəsinə daxil edilə və yarışlara qoşula bilər. Əgər hərbi xidmətə yollanan zaman üzvü olduğu komanda onun dönüşü zamanı çempionatın iştirakçısı deyilsə, o zaman ümumi qəbul olunmuş qaydalara uyğun olaraq yay və ya qış transfer pəncərəsini gözləməlidir.

 

  • Qaliblərin müəyyən olunması

 

  • Yüksək və Birinci Liqada komandaların tutduqları yerlər toplanmış xallara görə müəyyən edilir. Qələbəyə görə 3 xal, heç-heçəyə görə 1 xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
  • Yüksək və Birinci Liqada iki və daha artıq komandanın topladığı xalların sayı bərabər olarsa qalib aşağıdakı göstəricilərə müvafiq olaraq müəyyən edilsin:
  • komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə;
  • komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi;
  • mövsüm ərzində ən çox qələbə qazanmış komanda;
  • bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
  • bütün görüşlərdə vurulmuş topların sayına görə;
  • ən az qayda pozuntularına görə (xəbərdarlıq (sarı vərəqə) – 1 bal, kənarlaşdırılma (qırmızı vərəqə) – 3 bal).
  • əlavə oyun

 

  • Futzal üzrə Azərbaycan Kuboku yarışında Yüksək Liqa və Birinci Liqa klubları iştirak edir. Final oyununun yerini AFF müəyyən edir.

4.4  Kubokun bütün mərhələlərində qalib bir matçla müəyyən olunacaq.  Əgər oyunun əsas vaxtı heç-heçə başa çatarsa, qalibi müəyyənləşdirmək üçün komandalar hərəsi 5 dəqiqədən ibarət əlavə iki hissədə mübarizə aparacaq. Bu dəfə də qalib müəyyən olunmasa 6 metrlik zərbələr (hər komanda 5 zərbə vuracaq) seriyası təyin olunur.

 

  • Yarışların yeri

Yarışların yerini AFF təyin edir.

  • Aşağıda göstərilən səbəblərə görə yarımçıq dayandırılmış oyun davam etdirilmir :
  • kənar şəxsin müdaxiləsinə görə (azarkeş də daxil olmaqla);
  • bir və ya hər iki komandanın futzalçıları tərəfindən intizamsız davranışa görə;
  • bir və ya hər iki komandanın heyətində 3 (üç) oyunçudan az futzalçı iştirak edərsə;

Bu matç haqqında qərar İntizam Komitəsi tərəfindən qəbul olunur.

  • Əsas komanda – meydan sahibi oyunun videoyazısını ən azı 1 kamera ilə həyata keçirə bilər.

 

  • Futzalçıların, nümayəndələrin, hakimlərin, hakim- inspektorların, klub rəhbərlərinin məsuliyyəti.

 

  • Futzal üzrə ölkə çempionatında iştirak edən futzalçılar, futzal klublarının rəhbərləri hazırkı Əsasnamənin tələblərinə riayət etməyə borcludurlar və bu zaman yüksək nizam-intizam, mütəşəkillik, rəqiblərə və tamaşaçılara hörmət nümayiş etdirməlidirlər. Komandalardan birinin futzalçıları intizamsızlıq etdikləri halda matç hakimin qərarı ilə dayandırıla bilər. Klubların rəhbərləri və üzvləri hakimlərin və hakim-inspektorun fəaliyyətinə müdaxilə edə bilməzlər. Onlar öz komandasının futzalçılarının hərəkətləri üçün tam məsuliyyət daşıyırlar.
  • Klub öz rəsmi şəxslərinin, klubların üzvlərinin və tamaşaçıların, habelə klublar arasında bu və ya digər matçda müəyyən funksiya yerinə yetirən hər hansı şəxsin hərəkətləri üçün məsuliyyət daşıyırlar.
  • İdman paltarı Futzal Oyun Qaydalarına uyğun gəlməyən, yaxud çirkli geyinən futzalçılar oyuna buraxılmırlar.
  • Futzalçıların, komandaların rəhbərlərinin intizamsızlığı, habelə zalda tamaşaçılar arasında baş vermiş ixtişaşlar (matçdan əvvəl, oyunun gedişində və sonra) AFFA-nın İntizam Komitəsində nəzərdən keçirilir.
  • "Oyun qaydaları"nı, AFF-nin hazırkı Əsasnaməsini pozduqları halda futzalçılar, futzal klublarının rəhbərləri, hakimlər və hakim-inspektorlar barədə sanksiyalar və digər təsir tədbirləri tətbiq oluna bilər. İşlərin İntizam Komitəsinə verilməsi və müvafiq sanksiyaların tətbiqi üçün aşağıdakılar əsasdır:
  • Matçın protokoluna qeyd olunmuş xəbərdarlıqlar və oyundan çıxarma halları;
  • Hakim-inspektorun, hakimin raportu;
  • İcraiyyə Komitəsi üzvlərinin, AFFA və AFF əməkdaşlarının, klub rəhbərlərinin, mətbuat və televiziya nümayəndələrinin yazılı bəyanatları və digər sənədlər.

6.6    Yüksək Liqa, Birinci Liqa və Kubok yarışının matçlarına komandalar gəlmədiyi və ya gecikdiyi halda matç baş tutmazsa, məsələyə AFFA-nın İntizam Komitəsində baxılır.

 

 

  • Etiraz şikayəti

 

  • Etiraz şikayəti verən baş məşqçi (komandanın meneceri) oyundan dərhal sonra bu barədə birinci hakimi və hakim-inspektoru xəbərdar etməlidir. Protest verildiyi halda, yaxud oyunun gedişində ciddi münaqişələr baş verdikdə matçın hakimləri və hakim-inspektoru dərhal AFF-ə öz izahatlarını göndərirlər.
  • Etiraz şikayəti komandanın baş məşqçisi (meneceri) tərəfindən imzalanmalı, 24 saat ərzində AFF-ə və AFFA-nın İntizam Komitəsinə faks və ya email vasiitəsilə göndərilməlidir.

Etiraz şikayətində baş məşqçi, komandanın meneceri hakimlərin oyunu keyfiyyətsiz idarə etməsi haqqında şikayətlərini göstərə bilərlər. AFF, Hakimlər Departamenti tərəfindən müvafiq olaraq həmin şikayətə 3 (üç) gün ərzində baxılır. 

Etiraz şikayəti verildiyi halda, yaxud oyunun gedişində ciddi münaqişələr baş verdikdə matçın hakimləri və hakim-inspektoru dərhal AFF-ə öz izahatlarını göndərməlidirlər.

  • Protestlər baxılmaq üçün aşağıdakı hallarda qəbul olunmur:
  • 6 metrlik cərimə zərbələrinin düzgün təyin olunması, yaxud təyin olunmaması barədə;
  • topun qapıdan keçib-keçməməsinin hesaba alınması barədə.

 

  • Klubun, yaxud komandanın rəhbərliyi İntizam Komitəsinin qərarı ilə razılaşmadıqda 3 gün ərzində Apellyasiya Komitəsinə yazılı şəkildə şikayət edə bilər. Bu zaman şikayət verən klub müəyyən olunmuş pul məbləğini AFFA-ya ödəməlidir. Məsələ müsbət həllini tapdığı halda, protestin və apellyasiyanın verilməsi üçün ödənilmiş pul həcminin 100% geri qaytarılır.

 

 

 

 

  • Hakimlik və inspeksiya.

 

  • Yüksək və Birinci Liqanın oyunlarına AFFA-nın təyin etdiyi hakim-inspektor nəzarət edir. Hakim-inspektorun səlahiyyətinə oyunun hakimlər briqadasının işinə qiymət vermək daxildir.
  • Yüksək və Birinci Liqanın oyunlarını, eləcədə Kubok yarışını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edirlər.
  • Hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Birinci hakim və oyunun katibi matçın protokoluna adı daxil edilmiş futzalçıların sənədlərini mütləq yoxlamalıdır. Onlar komandaların rəhbərləri ilə birgə futzalçıların matça buraxılışı qaydalarının gözlənilməsi üçün məsuliyyət daşıyır. Matça sifariş verilmiş futzalçıların, iştirakçıların lisenziyaları oyunun axırınadək oyunun katibində saxlanılır. Məsələni Qeydiyyat və Statistika şöbəsi araşdıracaq. Hakimliyin keyfiyyətinə komandalardan hər hansı birinin iradları yaranarsa, onun nümayəndələri bu əsasnamənin Etiraz şikayəti bölməsində göstərilən qaydada müraciət edə bilərlər.
  • Yüksək liqan, Birinci Liqa və Kubok oyunlarına təyinat almış hakimlərin və hakim-inspektorların dəyişdirilməsi barədə komandaların, yaxud təşkilatların müraciətləri qəbul olunmur.
  • Hakimlərin işinə nəzarət AFFA Hakimlər Departamenti tərəfindən həyata keçirilir.
  • Hakimlər Departamenti Yüksək Liqa, Birinci Liqa və Azərbaycan kuboku oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir. Oyunlara təyin olunmuş hakimlər briqadası matçın keçirildiyi zala vaxtında gəlməlidi. Hakimlər briqadası bütünlüklə oyuna gəlməzsə, bu zaman matçı AFF-in razılığı ilə, digər hakimlər (AFFA-nın Hakimlər Departamenti tərəfindən təsdiq olunmuş) idarə edirlər. Digər hakimlərin matça gəlişi təmin olunmursa, oyun təxirə salınır və ertəsi günə keçirilir. AFFA-nın Hakimlər Departamenti həmin gün matçı hakimlər briqadası ilə təmin etməyə borcludur. Üzürlü səbəb olmadan oyuna gəlməyən hakimlər İntizam qaydaları əsasında cəzalandırılırlar.
  • Matçın başlanmasına azı    75 dəqiqə   qalmış   hakimlər zala gəlməli və zalın matça hazırlığını yoxlamalıdır. Matçdan azı 1 saat əvvəl hakimlər və hakim-inspektor zalı nəzərdən keçirməli, onun oyuna hazırlığını qiymətləndirməlidir.
  • Matçdan əvvəl, oyunun gedişində və sonra, habelə hakimlər otağında baş vermiş bütün münaqişələr barədə birinci hakim və onun koməkçiləri hakim-inspektoru məlumatlandırdıqdan sonra mütləq AFF-ə raportla müraciət etməlidirlər.
  • Birinci hakim matç protokolunun lazımi qaydada tərtibatı üçün məsuliyyət daşıyır. Əgər birinci hakim matçın gedişində futzalçıların xəbərdarlıq almalarını, meydandan çıxarılmalarını, zədələnmələrini, habelə zalda asayişin pozulması faktını protokola daxil etməzsə, o, məsuliyyətə cəlb olunur.
  • Hakim-inspektor və birinci hakim matç başlananadək görüşən komandaların nümayəndələri ilə birlikdə formaların rənglərini müəyyən etməlidirlər, nəticədə televiziya ekranında rənglərin oxşarlığı aradan qaldırılmış olur. Əgər rənglər eynidirsə, bu zaman qonaq komanda formasını dəyişir. Birinci hakim matç başlananadək nümayəndə ilə birgə zalı nəzərdən keçirməli və onun keyfiyyətini beşballıq sistemlə qiymətləndirməli, oyunun protokolunda müvafiq qeydlər aparmalıdır.
  • Oyun başa çatdıqdan sonra hakimlər və oyunun katibi 30 dəqiqə ərzində protokolu tərtib etməlidirlər. Əgər oyunun gedişində futzalçıların xəbərdarlıq almaları, meydandan çıxarılmaları və zədələnmələri, faktları mövcud olubsa, matçın birinci hakimi və oyunun katibi protokolda) bu barədə müfəssəl qeydlər aparmalıdır.
  • Matçdan sonra zərurət yaranarsa mətbuat konfranslarında hər iki komandanın baş məşqçisi iştirak etməlidir. Həmin mətbuat konfransında hakimlərin ünvanına bu və ya digər formada etiraz bildirmək qadağandır.
  • Tamaşaçılar, komandalar və matçın hakimləri oyunun keçirildiyi zalı tərk etdikdən sonra hakim-inspektor zaldan gedə bilərlər.
  • Hakim və Hakim-inspektorların qonorarları AFFA tərəfindən ödənilir.

 

9 Matçların radio və televiziya ilə translyasiyasının təşkili və kütləvi informasiya vasitələrinin akkreditasiyası

 

  • Yüksək Liqa, Birinci Liqa və Azərbaycan kubokunun matçlarının ekskluziv yayım hüququ AFF-ə məxsusdur.
  • Oyunun başlama saatını yekun olaraq AFF müəyyən edir.
  • AFF canlı yayım təşkil edən teleşirkət üçün bütün lazımi şəraiti yaratmağa borcludur.
  • AFF KİV nümayəndələrinin akkreditasiyasını həyata keçirir. AFF-də akkreditasiya olunmamış KİV nümayəndələri oyunsonrası mətbuat konfransına və AFF-in digər ictimai tədbirlərinə buraxılmır.

 

  • Mükafatlandırma
    • Yüksək Liqada 1-ci yeri tutmuş komandaya "Azərbaycan çempionu" fəxri adı verilir. Komandanın oyunçuları və baş məşqçi qızıl medallarla və AFF-in diplomları ilə mükafatlandırılır.
    • 2-3-cü yerləri tutmuş komandalar AFF-in diplomları ilə mükafatlandırılır. Komandaların oyunçuları və baş məşqçi müvafiq surətdə gümüş və bürünc medallarla, habelə AFF-in diplomları ilə mükafatlandırılır.
    • Birinci Liqanın, 1-3-cü yerləri tutmuş komandalar AFF-nin diplomları ilə mükafatlandırılır. Komandaların oyunçuları və baş məşqçiləri müvafiq surətdə qızıl, gümüş və bürünc medallarla mükafatlandırılır. Qalib komandaya çempionluq kuboku təqdim edilir.
    • Mövsüm ərzində rəqib qapısına ən çox qol vuran oyunçuya xüsusi mükafat verilir. İki və daha artıq futzalçı eyni sayda qol vurduqda qalib aşağıdakı kimi müəyyən olunur:
  • ən az oyun keçirən
  • ən az penaltidən yararlanan
    • Azərbaycan Kuboku    yarışlarında    qalib    gəlmiş komanda    AFF-in   kuboku, medallarla və diplomla mükafatlandırılır. Kubokun sahibi olmuş komandaların oyunçuları, menecerləri, məşqçiləri, həkimləri, masajçıları    və   inzibatçıları  da  AFF-in diplomları və medalları ilə mükafatlandırılır.
    • Çempionatın ən yaxşı oyunçusu, qapıçısı və bombardirinə xüsusi mükafat təqdim edilir. Ölkə kubokunun final oyunundan sonra qarşılaşmanın ən yaxşı futzalçısı seçilir və mükafatlandırılır.

 

  • Ödənilmələr

 

  • Yüksək Liqanın, Birinci Liqanın klubları sifariş sənədləri ilə birgə çempionatda iştiraka görə AFF-in müəyyənləşdirdiyi məbləğdə üzvlük haqqı ödəməlidir. Həmin vəsaiti ödəməyən komandalar yarışlara buraxılmırlar.

 

 

  • Sifariş ərizəsinin verilmə qaydası və müddətləri.

 

  • Klublar AFF-ə aşağıdakı sənədləri təqdim edirlər:
  • Üzərində klubun prezidentinin imzası, klub möhürü, klub həkiminin imzası və möhürü olan əsas və əlavə sifariş vərəqələri. Hər bir klub mövsüm ərzində əsas komandaya 25 futzalçıdan çox olmayaraq oyunçu sifariş edə bilər. Birinci Liqanın komandaları mövsüm ərzində  25 futzalçıdan çox olmayaraq oyunçu sifariş edə bilər;
  • Futzal klubunun rəhbər orqanlarının tərkibi (Prezident, Menecer, İdarə Heyəti və s.);
  • Futzal klubunun strukturu haqqında sənədlər;
  • Futzalçıların və məşqçilərin, sifariş vərəqəsinə daxil edilmiş şəxslərin şəxsiyyətini təsdiqləyən (pasport, şəxsiyyət vəsiqəsi, hərbi bilet, zabit, yaxud hərbi xidmətçi vəsiqəsi) sənədlər;
  • Sifariş siyahısına əsasən hər futbolçu üçün 3x4 sm ölçüdə fotoşəkili və komanda rəhbərlərinin fotoşəkil
    • Yüksək Liqanın, Birinci Liqanın oyunlarında iştirak etmək üçün ilkin sifariş sənədləri AFF tərəfindən tərtib edilmiş cədvələ əsasən təqdim edilməlidir.

 

COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə yaranmış ümumi vəziyyət nəzərə alınaraq 2023-2024-cü il mövsümünün Əsasnaməsinə Əlavə

COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələbləri nəzərə alınaraq müxtəlif vaxtlarda qaydalara dəyişikliklər edilə bilər və ya klublara yeni tənzimləmələr göndərilə bilər.