XƏBƏRLƏR
-
YL, IV tur: Record club - Baku Fire (fotoreportaj)
-
“Araz-Naxçıvan”da yeni hücumçu
-
“Şamaxı” və “Baku Fire-2”dən qələbə
Bu gün keçirilən 2 oyunla Birinci Liqada II tura start verilib. Hər iki matçda iddialılar üz-üzə gəlib. İlk görüşdə “Şamaxı” qələbə qazanıb. Digər oyunda isə 3 xalı “Baku Fire-2” qazanıb.
-
IV turun 2 oyunu keçirilib
Bu gün Yüksək Liqada IV turun oyunları keçirilib. “Olimpik Star”da baş tutacaq turun mərkəzi oyununda “Record club” və “Baku Fire” qarşılaşıb. Meydan sahibləri cəzalı Mahyar Pournizarın xidmətindən istifadə edə bilmir. Bərabərsəviyyəli görüşdə hesab 11-ci dəqiqədə açıldı. Heydari dəqiq oynamaqla “Baku Fire”ə hesabda üstünlük qazandırdı. Növbəti qol isə hissənin sonuna 2 dəqiqə qalmış vuruldu. Bu dəfə Matin Qahramani 10 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesaba tarazlıq gətirdi. İkinci hissədə də ilk qolu nominal qonaqlar vurdu. Heydari rəqib qapıçının irəli çıxdığını görüb təxminən 35 metrlik məsafədən toru silkələdi. 34-cü dəqiqədə Sahand Rezapourun 10 metrlik cərimə zərbəsi dirəkdən qayıtdı. Qol “pərdəsini” kapitan endirdi. Elvin qapının boş olmasından istifadə edib fərqi artırdı. Əsas rəqibi məğlub edən “Baku Fire” turnir cədvəlində bir pillə irəlilədi.
Digər oyunda hesabı U-19 açıb. Künc nöqtəsindən “ev tapşırığı”nı yerinə yetirən yeniyetmələrdən Elşən Mahmudov adını tabloya yazdırıb. Amma fasiləyə qədər Lənkəran təmsilçisi üstünlük qazandı. Tural Lətifov dubl etdi, Asadi isə komandasının ilk qolunun müəllifi oldu. İkinci hissədə də əyalət təmsilçisi üstünlüyünü artırdı, amma son 10 dəqiqədə Şahbaz Həndəmli het-trik etməklə fərqi minimuma endirsə də, U-19 məğlubiyyətdən qaça bilmədi. Bu, “Alyans”ın cari mövsümdə ilk qələbəsi idi.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” Qazaxıstanın “Kayrat” klubuyla Bakıda yoldaşlıq oyunları keçirəcəyinə görə, “Neftçi” İK ilə oyun qeyri-müəyyən vaxta təxirə salınıb.
-
İntizam Komitəsinin qərarları
-
“Araz-Naxçıvan”ın ÇL üçün ilkin heyəti
Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” ilkin heyəti UEFA-ya göndərib. 19 nəfərlik heyətdə 3 qapıçı yer alır. Cəzalı olduğuna görə bu mərhələdə iştirak etməyəcək Felipinyonun adı da iştirak ərizəsinə daxil edilib. Komanda elit-raunda yüksələcəyi təqdirdə futzalçı komandasına sonuncu görüşdə kömək edə biləcək.
-
Bu gün, Yüksək Liqa, IV tur
Bu gün Yüksək Liqada IV turun oyunları keçiriləcək. Olimpik Starda baş tutacaq turun bir görüşü təxirə salınıb. Belə ki, UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” turnirə hazırlıq çərçivəsində Qazaxıstanın “Kayrat” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Bu üzdən ölkə çempionunun IV turda “Neftçi” İK ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb. Mərkəzi oyunda isə “Record club” – “Baku Fire” üz-üzə gələcək.
-
İkinci Liqa, II tur: Təyinatlar
İkinci Liqada II turun oyunlarına təyinatlar açıqlanıb. Matçlar oktyabrın 23-də Olimpik Starda keçiriləcək.