XƏBƏRLƏR
-
“Ürəkdə inam olsa, insan istədiyinə nail olar”
Badamlı Azərbaycan kubokunda da mübarizə sona yaxınlaşır. Aprelin 26-da keçiriləcək yarımfinal matçları finalçıların kimliyinə aydınlıq gətirəcək. Maraqlıdır ki, cütlüklərdən biri Birinci, digəri isə Yüksək Liqa təmsilçiləridir. Hazırda Birinci Liqada baxımlı və əzmkar oyunu ilə seçilən “Alyans Qrup” mövsümü titulla başa vurmaq istəyir. Bəs həllledici mərhələyə bir addım qalmış baş məşqçi İlkin Əhədov nə düşünür?
-
“Bu cür nüansları nəzərə alacağıq”
Badamlı Azərbaycan kubokunda da mübarizə sona yaxınlaşır. Aprelin 26-da keçiriləcək yarımfinal matçları finalçıların kimliyinə aydınlıq gətirəcək. Maraqlıdır ki, cütlüklərdən biri Birinci, digəri isə Yüksək Liqa təmsilçiləridir. Hazırda Birinci Liqanın lideri olan “Forza Neftçi” ölkə kubokuna da iddialıdır. Bəs həllledici mərhələyə bir addım qalmış baş məşqçi Elvin Xudadatov nə düşünür?
-
Birinci Liqa: Qollar
Birinci Liqada XXII turdan sonra bombardilər siyahısında dəyişiklik olmayıb.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada XXII turdan sonra sarı vərəqələrin göstəricisi açıqlanıb. Passivində 3 sarı vərəqəsi olanlar çoxluq təşkil etsə də, cəzalı duruma düşən yoxdur.
-
Yüksək Liqa, XXI tur: Fotoreportaj
-
Hər iki oyun canlı yayımlanacaq
Badamlı Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Aprelin 26-da Bakı İdman Sarayında baş tutacaq ilk dueldə Birinci Liqa təmsilçiləri üz-üzə gələcək. Bu görüşdən sonra Yüksək Liqanın iki əzəli rəqibi gücünü sınayacaq. Qələbə qazanan komandalar finalda qarşılaşacaq. Azarkeşlər oyunları tribunadan izləyə bilərlər.
-
PASO qələbəni son saniyədə əldən verdi
Bu gün Birinci Liqada XXII turun oyunları keçirilib. PASO - “Şuşa” matçında hesab sonuncu saniyədə bərabərləşib. Nəticələri diqqətinizə çatdırırıq:
-
“Baku Fire”dən əzmkar qələbə
Bu gün Yüksək Liqada əsas mərhələnin sonuncu – XXI turun oyunları keçirilib. İlk matçda lider böyükhesablı qələbə qazanıb. Bombardirlər yarışına başçılıq edən Maneka 6 qol vurub. Ən yaxın izləyicisi Xətai Bağırov rəqib qapısına 3 dəfə yol tapıb. Ramiz Çovdarov isə 5 qol vurub.
İkinci oyunda da qələbəni gözlənildiyi kimi EKOL komandası qazandı. Bununla da əsas mərhələni ikinci pillədə başa vuran bu komanda pley-off mərhələsində “Neftçi” İK-lə üz-üzə gələcək. Yeri gəlmişkən, EKOL və “Neftçi” İK çempionat oyununa qədər hələ Badamlı Azərbaycan kubokunun yarımfinalında münasibətlərinə aydınlıq gətirəcək.
Turun və əsas mərhələnin son matçı kifayət qədər gərgin keçib. Əvvəlcə U-19 hesabı açıb. Fasilədən sonra da ilk qolu “yeniyetmələr” vurub. Amma Ağatahir Əzimovun yetirmələri üstünlüklərini qoruya bilməyiblər. Daha təcrübəli heyətə malik olan “Baku Fire” ardıcıl qollar vurmaqla pley-offa qalib yollanmağı təmin etdi.
Bununla da Yüksək Liqada 2021/22-ci il mövsümünün əsas mərhələsinə yekun vuruldu. "Araz-Naxçıvan", EKOL, "Neftçi" İK və "Baku Fire" komandaları mübarizəni pley-offda davam etdirəcək. U-19, "Record club.az" və "Alyans" üçün isə mövsüm başa çatdı.