XƏBƏRLƏR
-
Badamlı Azərbaycan kuboku, ilkin mərhələ: Təyinatlar
Badamlı Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Qarşılaşmalar yanvarın 21-də, 22-də və 23-də Olimpik Starda keçiriləcək.
-
Rafael Vilelanın testi neqativ çıxıb
Yanvarın 16-da Belçikada COVİD-19-la bağlı test verən və nəticəsi şübhəli hesab edilən Azərbaycan millisinin üzvü Rafael Vilela dünən yenidən test verib və nəticə neqativ çıxıb. Hazırda Belçikada olan futzalçı tezliklə komandaya qoşulacaq. Testin nəticəsi pozitiv çıxan Eduardo Borges isə bu gün təkrar test verəcək.
-
Millinin heyətində dəyişiklik
Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Belə ki, dünən Qroningendə keçirilən hazırlıq prosesi zamanı Emanoel Rodrigues "Maneka" zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.
-
Futzal bayramı başlayır
Bu gün Avropa çempionatının final mərhələsinə start veriləcək. Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq. Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı Ziggo Dome arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində - Amsterdamda və Qroningendə təşkil olunacaq.
-
"Səhvlərimizi üzə çıxardıq" (Video)
Milli komandanın qapıçısı Rövşən Hüseynli bu gün Avropa çempionatının final mərhələsinə evsahibliyi edəcən Niderlandın iki şəhərindən biri - Qroningendə keçirilən ilk məşqdən sonra azfutzal.az-a açıqlama verib.
-
Millinin məşqi. Qroningen (video)
Bu gün Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda gələn Azərbaycan millisi qrup oyunlarını keçirəcəyi Qroningen şəhərində ilk məşqinə çıxıb. Təxminən 1 saata yaxın davam edən hazırlıq prosesi daha çox bərpa xarakteri daşıyırdı. Məşqin sonuna yaxın Maneka taktiki çalışma zamanı zədələndi. Futzalçının çempionat oyunlarında komandaya kömək edib-etməyəcəyi sualına gün ərzində aydınlıq gətiriləcək.
-
“Futzalda” efirdədir!
CBC Sport kanalının efirində yeni veriliş tamaşaçılara təqdim ediləcək. Veriliş futzalla bağlı olacaq.
-
AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?
İndiyə qədər Avropa çempionatı 11 dəfə təşkil olunub. Düzdür, 1996-cı ildə keçirilən ilk qitə birinciliyi Avropa Futzal Turniri adlandırılıb. Çempion statusu növbəti – 1999-cu ildə təşkil edilən yarışa verilib. Bununla belə, indiyə qədər 11 final matçı keçirilib. Ən çox İspaniya millisi çempionluq sevinci yaşayıb. Bu komanda 7 dəfə kuboku başı üzərinə qaldırıb. İtaliya millisi isə 2 dəfə qitənin ən güclüsü olub. Rusiya və Portuqaliya hərəyə bir dəfə adını Avropanın ən güclüsü siyahısına yazdırıb. Maraqlıdır ki, Rusiya millisi 5 dəfə finalda yenilib. Ukrayna yığması isə 2 dəfə çempionluğun bir addımlığında dayanıb. İtaliya və Portuqaliya da hərəyə bir dəfə yenilgini dadıb. Maraqlı məqam odur ki, ən çox final həyəcanını İspaniya yaşayıb. Yeddi dəfə qalib gələn bu komanda iki dəfə meydanı gümüş medalla tərk edib.