XƏBƏRLƏR
-
"Ciddi hazırlaşmalıyıq"
UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Araz-Naxçıvan"ın rəqibləri bu gün müəyyənləşib. Təmsilçimiz “Kampuksen Dinamo (Finlandiya), Raba (Latviya) və Europa (Cəbəllütariq) komandaları ilə qarşılaşacaq. Bəs püşklə bağlı ölkə çempionunun kapitanı Rizvan Fərzəliyev nə düşünür? Təcrübəli futzalçının azfutzal.az-a açıqlaması:
-
"Komandanın əvvəlki şöhrətini özünə qaytarmağa çalışacağıq”
Bu gün UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı. Təmsilçimiz "Araz-Naxçıvan" F qrupunda mübarizə aparacaq. Püşklə bağlı komandanın qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib:
-
“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
Bu gün UEFA Çempionlar Liqasının 2021/22-ci il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
-
Təmsilçimiz bu komandalarla qarşılaşmayacaq
Xəbər verdiyimiz kimi, sabah – iyulun 7-də, saat 17:00-da UEFA Çempionlar Liqasının ilkin mərhələsinin püşkü atılacaq. Bu yarışdakı təmsilçimiz “Araz-Naxçıvan” 5-ci səbətdə yer alsa da, öz qrupunun birinci komandası olacaq. Ölkə çempionu bu mərhələdə Luxol St. Andreus Futsal (Malta), Veilimdorf (Almaniya), APOEL (Kipr), JB Futsal Gentofte (Danimarka), Haladas VSE (Macarıstan), Futsal Mineva (İsveçrə) və KMF FON (Serbiya) komandaları ilə qarşılaşmayacaq. Çünki həmin klublar da öz qruplarında birinci mövqedə qərarlaşacaqlar.
-
Qrup mərhələsinə bu ölkələr ev sahibliyi edəcək
-
“Araz” mübarizəyə ilkin mərhələdən başlayacaq
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” klubu mübarizəyə ilkin mərhələdən başlayacaq. UEFA bu gun ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb. Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü iyulun 7-də, saat 16:00-da atılacaq. Oyunlar isə avqustun 20-dən 25-dək keçiriləcək. Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq. Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar bu il oktyabrın 26-dan 31-dək keçiriləcək. Ümumilikdə isə builki Çempionlar Liqasında 51 federasiyadan 55 klub qatılacaq.
-
"Transfer pəncərəsi" açılıb
Bu gün “Yay transfer pəncərəsi” açılıb. Komandalar sentyabrın 22-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, YÜksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək.
-
“Transfer pəncərəsi” iyulda açılacaq
Xəbər verdiyimiz kimi, Yüksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək. Komandalar oyunçuların transferini və qeydiyyatını iyulun 5-dən sentyabrın 22-dək həyata keçirə bilərcəklər.