XƏBƏRLƏR
-
İntizam Komitəsinin qərarları
-
Birinci Liqa, IX tur: Oyun cədvəli və təyinatları
Birinci Liqada IX turun oyun cədvəli və təyinatları açıqlanıb. Olimpik Starda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:
-
“Zirvə Bakı”nın 3 xal “siftəsi”, liderdən çətin qələbə
Bu gün Birinci Liqada VIII turun oyunlarına start verilib. İlk oyunda autsayderlər qarşılaşıb. Qələbə qazanan “Zirvə Bakı” xal hesabını açıb. İkinci oyunda iddialı “Standard” asan qələbə qazansa da, komandalardan hərəyə bir futzalçı qırmızı vərəqə alıb. Liderin oyunu daha gərgin keçib. Düzdü, “Forza Neftçi” fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. Ancaq ikinci hissədə “tələbələr” fərqi minimuma endirib. Ancaq onların gücü bundan artığına çatmayıb. Əksinə, “fanatlar” fərqi artırmağı bacarıb. Məğlub olan AzMİU-nun kapitanı da qırmızı vərərəq alaraq cəzalı duruma düşüb. Günün son duelində isə “Xızı Yasamal” 3 xalı aktivinə yazdırıb.
-
“DÇ-2016-dakı uğurumuzu təkrarlamaq və yenidən final mərhələsində iştirak etmək istəyirik”
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov azfutzal.az saytına müsahibə verib.
-
“Dənizçi” AZZERS oldu
İkinci Liqada çıxış edən “Dənizçi” komandası növbəti dəfə ad dəyişikliyi edib. Klub bundan sonra çıxışını AZZERS adı altında davam etdirəcək.
Qeyd edək ki, bu komanda mövsümə “ASCO Dənizçi” adı altında başlamış, sonra “Dənizçi” kimi davam etmişdi.
-
AÇ-2022: Reqlament və təqvim
Xəbər verdiyimiz kimi, AÇ-2022 yeni formatda keçiriləcək. Belə ki, final mərhələsi Niderlandda təşkil olunacaq qitə birinciliyində ilk dəfə 16 komanda mübarizə aparacaq. Bəs “16-lıq” necə müəyyənləşəcək?
-
Slovakiya - Azərbaycan 0:2 (qollar)
-
Yüksək Liqa, V tur: Təyinatlar
Yüksək Liqada V turun oyunlarına təyinatlar açıqlanıb: