XƏBƏRLƏR
-
Belarus millisi ilə 2 yoldaşlıq oyunu
Avqustun 25-dən 28-dək Minsk şəhərində təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandası avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək. İlk oyun Minsk, digər matç isə Borisov şəhərində təşkil olunacaq.
Qeyd edək ki, milli oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.
-
Millinin toplanışı başlayıb
Bu gündən etibarən Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Komanda avqustun 24-dək Bakıda hazırlıq prosesi keçirəcək. Bakı İdman Sarayında məşq edəcək millinin düşərgəsinə bu futzalçılar dəvət olunub:
-
Ramiz Çovdarov da “Araz”a döndü
Heyətini gücləndirməyə çalışan “Araz” transfer çalışmalarını davam etdirir. Son çempion bu dəfə Ramiz Çovdarovu heyətinə qatıb. Ötən mövsümün qış fasiləsində EKOL-a keçən Çovdarov “yaşıllar”la ölkə kubokunu qazanıb, Yüksək Liqanı üçüncü pillədə başa vurub.
-
AFF təbrik edir
Azərbaycan Futzal Federasiyası 22 iyul - Milli Mətbuat günü münasibətilə Kütləvi İnformasiya Vasitələri nümayəndələrini təbrik edir, yaradıcılıq uğurları arzulayır. Bayramınız mübarək!
-
Çempiondan növbəti transfer
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz” növbəti transferini reallaşdırıb. Ölkə çempionu cənubi azərbaycanlı Hadi Əhmədi ilə anlaşıb. Son mövsümü Məşəd şəhərini təmsil edən “Farsh ara” klubunda keçirən 25 yaşlı futzalçı bürünc medal qazanıb. Onunla anlaşma 1 il nəzərdə tutulub.
Qeyd edək ki, bu, “Araz”ın mövsümlərarası fasilədə sayca ikinci əcnəbi transferidir. Komanda buna qədər ötən mövsümü “Neftçi”də keçirmiş Vahid Şəfaye ilə müqavilə imzalayıb.
-
“Neftçi”dən “Araz”a
Mövsümlərarası fasilədə iranlı legionerlərlə yollarını ayıran “Araz” transfer çalışmalarını davam etdirir.
-
Statistika həvəskarları üçün
Klublarımızın futzal üzrə UEFA kubokundakı macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub. Bu liqanın yeni mövsümündə ölkəmizi “Araz” təmsil edəcək.
Klublarımızın futzal üzrə UEFA kubokundakı nəticələrini diqqətinizə çatdırırıq:
-
YL - I tur: Xızı Futzal - Record cklub (fotoreportaj)