XƏBƏRLƏR
-
Yüksək Liqa, XIII tur: Oyun cədvəli
Yüksək Liqada XIII turun oyun cədvəli açıqlanıb. Oyunlardan biri martın 22-də, digərləri isə martın 27-də keçiriləcək. Belə ki, U-19 martın 25-dən 30-dək Avropa çempionatının əsas mərhələsində mübarizə aparacağına görə, federasiya “Baku Fire”in də razılığı əsasında görüşün tarixini dəyişib. Beləliklə U-19 – “Baku Fire” qarşılaşması martın 22-də, saat 16:00-da Olimpik Starda keçiriləcək.
-
Bu gün, Yüksək Liqa, XII tur
Bu gün Yüksək Liqada XII turun oyunları keçiriləcək. Tura saat 14:00-da Olimpik Starda start veriləcək.
-
U-19-un oyunlarına təyinatlar
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyi ilk iki oyuna təyinatlar açıqlanıb.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada sarı vərəqələrin göstəricisi açıqlanıb. "Ulduz"dan Ümüd İbrahimovun passivində 4 sarı vərəqə olduğuna görə, matçı buraxacaq.
-
Pley-off zonasında sürpriz olmadı
Birinci Liqada IX turun oyunları keçirilib. “Olimpik Star”da ilk qələbəni STAR kargo qazanıb. Növbəti oyunda 12 qol vurulsa da, komandalar hərəyə 1 xalla kifayətlənib. Liderlər qrupunda yer alan “Baku Fire-2” böyükhesablı qələbəyə sevinib. “Djevo Dəyirman”ın qazancı da 3 xal olub. “Xan-Lənkəran” da qələbə sayəsində mövqeyini qorumaqla bərabər, izləyiciləri ilə xal fərqini artırıb. Turan liderin qələbəsi ilə yekun vurulub.
-
U-19-un toplanışı olacaq
Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının martın 16-dan 24-dək Bakıda təlim-məşq toplanışı olacaq. Baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 18 futzalçı dəvət edib. Toplanışın sonunda səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.
-
Birinci Liqa, IX tur: Təyinatlar
Birinci Liqada IX turun oyunlarına təyinatlar açıqlanıb. Martın 16-da komandalar Olimpik Starda qarşılaşacaqlar.
-
İntizam Komitəsinin qərarı