AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Çexiyanın millimizlə oyun üçün heyəti
Sentyabrın 19-da və 20-də Azərbaycan millisi ilə yoldaşlıq oyunları keçirəcək Çexiya yığmasının heyəti açıqlanıb. Baş məşqçi Marek Kopeçki 14 futzalçıya dəvət göndərib ki, onlardan 2-si qapıçıdır.
Millinin toplanışı başlayıb
Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda toplanışı başlayıb. Bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək. Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.
Rəqibimiz yoldaşlıq oyunu keçirəcək
AÇ-2026-nın əsas mərhələsindəki rəqiblərimizdən Xorvatiya yığması yoldaşlıq oyunu keçirəcək.
Birinci Liqa iştirakçıları müəyyənləşib
Millimiz yoldaşlıq oyunları keçirəcək
Təmsilçimiz mübarizəni dayandırıb
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirib. Təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gəlib. Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdu. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuza görüşdə yenilməmək kifayət edirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıb. Fasiləyə qədər Caique status-kvonu bərpa edib. İkinci hissəyə də meydan sahibi komanda qolla başlayıb. Furublad dubl edib. 37-ci dəqiqədə Kənan Manafov yenidən hesaba tarazlıq gətirib. Təəssüf ki, sona 3 dəqiqə qalmış rəqib daha 2 dəfə fərqlənib. Amadeunun qolu isə təsəlli olub. Yekunda məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
"Araz-Naxçıvan"ın qrupda son görüşü
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirəcək. Təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gələcək. Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurub. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuz hazırda turnir cədvəlinə başçılıq edir. Bu məqam hətta komandamıza heç-heçənin də sərf etdiyini göstərir. Heyətlə bağlı “Araz-Naxçıvan”da hansısa problem yoxdur. Qeyd edək ki, reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksələcək. H qrupunun qalibi əsas mərhələnin B yolunun 5-ci qrupunda mübarizə aparacaq. Qrup matçlarındakı rəqiblər meydan sahibi “Etoile Lavalloise”, “Stalitsa Minsk” (Belarus) və ilkin mərhələnin B qrupunun qalibi olacaq. Həmin qrupda isə Bolqarıstanın “Amiqo Northvest” və İsveçrənin “Minerva” komandaları maksimum xalla zirvəni bölüşür. Bu gün keçiriləcək görüşdə liderin adına aydınlıq gətiriləcək. Matçlar oktyabrın 22-dən 27-dək Fransada təşkil olunacaq.
“Bu gün daha sürətli oynadıq”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb. Yerə rəqib qapısından 7 top keçirən ölkə çempionu qapısını toxunulmaz saxlayıb. Matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov azfutzal.az saytına açıqlama verib:
BİRİNCİ
‹
82
83
84
85
86
87
88
89
90
91
92
›
SONUNCU