AZƏRBAYCAN KUBOKU
-
Badamlı Azərbaycan kuboku, ilkin mərhələ: Fotoreportaj-1
-
Badamlı kubok iştirakçılarını su ilə təmin edəcək
Badamlı şirkəti Azərbaycan kubokunun iştirakçılarını oyunlar zamanı içməli su ilə təmin edəcək. Hər bir komandaya 20 ədəd su veriləcək.
Qeyd edək ki, yarışın adı Badamlı Azərbaycan kuboku adlanır. İlkin mərhələnin oyunları yanvarın 21-də, 22-də və 23-də keçiriləcək.
-
Badamlı Azərbaycan kuboku, ilkin mərhələ: Təyinatlar
Badamlı Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Qarşılaşmalar yanvarın 21-də, 22-də və 23-də Olimpik Starda keçiriləcək.
-
Ölkə kubokunun təqvimi açıqlanıb
Badamlı Azərbaycan kubokunun ilkin mərhələsinin təqvimi açıqlanıb. Oyunlar yanvarın 21-də, 22-də və 23-də Olimpik Starda keçiriləcək.
-
EKOL-dan böyükhesablı qələbə
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 görüş keçirildi. Günün ilk oyununda Yüksək və Birinci liqaların iddialı komandaları qarşılaşdı. İlk dəqiqənin tamamında EKOL Əsgərin dublu sayəsində hesabda önə keçdi. Ardınca Oktay dubl etmək bacarığını göstərdi. “Yaşıllar” fasiləyə qədər üstünlüyünü 8 topa çatdırdı, ki, kapitanın da bunda əməyi az olmadı. İkinci hissədə daha 4 qol vuran EKOL ilk oyunda böyük üstünlük qazandı.
İkinci Liqa klublarının üz-üzə gəldiyi digər oyunda tərəflər qarşılıqlı hücumlar qursa da, “Yurd” fasiləyə qədər daha məhsuldar oldu. İkinci hissədə isə “Hövsan” komandası qarşılıq verdi və ilk oyunda qalib müəyyənləşmədi.
Qeyd edək ki, Neftçi – Badamlı və Nəqşicahan – Baku Fans görüşü qeyri-müəyyən vaxta təxirə salınıb.
-
Azərbaycan kuboku: 1/8 final mərhələsi (fotoreportaj-1)
-
“Araz” ilk oyunda məğlub oldu
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarına start verilib. “Red Line”nin rəqibi “Premier” komandası oyuna gəlmədiyinə görə, ilk matç baş tutmayıb. Günün ikinci oyununda isə kubokun 2 il əvvəlki sahibi “Marafon” fasiləyə qədər 4 cavabsız top vurub. Fasilədən sonra daha 2 top vuran Yüksək Liqa təmsilçisi cavab oyununu bir növ formallığa çevirib.
-
Bu gün: Azərbaycan kuboku, 1/8 final, ilk oyunlar
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. “Olimpik Star”da keçiriləcək və iki gün davam edəcək mərhələnin iki qarşılaşması təxirə salınıb. Söhbət “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” görüşlərindən gedir.