LİQALAR
-
Yüksək Liqa, XXI tur: Fotoreportaj
-
Hər iki oyun canlı yayımlanacaq
Badamlı Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Aprelin 26-da Bakı İdman Sarayında baş tutacaq ilk dueldə Birinci Liqa təmsilçiləri üz-üzə gələcək. Bu görüşdən sonra Yüksək Liqanın iki əzəli rəqibi gücünü sınayacaq. Qələbə qazanan komandalar finalda qarşılaşacaq. Azarkeşlər oyunları tribunadan izləyə bilərlər.
-
PASO qələbəni son saniyədə əldən verdi
Bu gün Birinci Liqada XXII turun oyunları keçirilib. PASO - “Şuşa” matçında hesab sonuncu saniyədə bərabərləşib. Nəticələri diqqətinizə çatdırırıq:
-
“Baku Fire”dən əzmkar qələbə
Bu gün Yüksək Liqada əsas mərhələnin sonuncu – XXI turun oyunları keçirilib. İlk matçda lider böyükhesablı qələbə qazanıb. Bombardirlər yarışına başçılıq edən Maneka 6 qol vurub. Ən yaxın izləyicisi Xətai Bağırov rəqib qapısına 3 dəfə yol tapıb. Ramiz Çovdarov isə 5 qol vurub.
İkinci oyunda da qələbəni gözlənildiyi kimi EKOL komandası qazandı. Bununla da əsas mərhələni ikinci pillədə başa vuran bu komanda pley-off mərhələsində “Neftçi” İK-lə üz-üzə gələcək. Yeri gəlmişkən, EKOL və “Neftçi” İK çempionat oyununa qədər hələ Badamlı Azərbaycan kubokunun yarımfinalında münasibətlərinə aydınlıq gətirəcək.
Turun və əsas mərhələnin son matçı kifayət qədər gərgin keçib. Əvvəlcə U-19 hesabı açıb. Fasilədən sonra da ilk qolu “yeniyetmələr” vurub. Amma Ağatahir Əzimovun yetirmələri üstünlüklərini qoruya bilməyiblər. Daha təcrübəli heyətə malik olan “Baku Fire” ardıcıl qollar vurmaqla pley-offa qalib yollanmağı təmin etdi.
Bununla da Yüksək Liqada 2021/22-ci il mövsümünün əsas mərhələsinə yekun vuruldu. "Araz-Naxçıvan", EKOL, "Neftçi" İK və "Baku Fire" komandaları mübarizəni pley-offda davam etdirəcək. U-19, "Record club.az" və "Alyans" üçün isə mövsüm başa çatdı.
-
Yüksək Liqa, Pley-off: Oyun cədvəli
Yüksək Liqada keçirilən XXI turla əsas mərhələyə yekun vurulub. Turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar – “Araz-Naxçıvan”, EKOL, “Neftçi” İK və “Baku Fire” – pley-off mərhələsinə mübarizəni davam etdirəcək. Pley-off mərhələsinin ilk oyunları mayın 1-də Bakı İdman Sarayında keçiriləcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
-
Bu gün: Yüksək Liqa, XXI tur
Bu gün Yüksək Liqada əsas mərhələnin sonuncu - XXI turunun oyunları keçiriləcək. Olimpik Starda baş tutacaq qarşılaşmalardan sonra 4 komanda üçün mövsüm başa çatacaq. "Neftçi" İK isə 3 xali meydana çıxmadan qazanacaq.
-
“Rusiya çempionatında bu atmosferi çox görmüşəm”
Rövşən Hüseynlinin “Torpedo”ya transferindən sonra qapıçı axtarışına çıxan “Araz-Naxçıvan” axtradığını Rusiyada tapdı. “Spartak-Donetsk” klubu fəaliyyətini dayandırdığına görə, Rostov təmsilçisinin üzvlərinə azad agent statusu verilib ki, ölkə çempionu da bundan yararlanıb. Bir həftəyə yaxındır ölkəmizdə olan Dmitri Bondarev təəssüratlarını bu şəkildə ifadə etdi:
-
Yüksək Liqa: Qollar
Yüksək Liqada XX turdan sonra bombardirlər yarışına Maneka başçılıq edir. “Araz-Naxçıvan”ın hücumçusu 36 qol vurub. Xətai Bağırov və Oktay Rüstəmli sonrakı pillələrdə yer alıb.