LİQALAR
-
Birinci Liqa, IV tur: Oyun cədvəli
Birinci Liqada IV turun oyun cədvəli açıqlanıb. Matçlar Olimpik Starda keçiriləcək.
-
YL, IV tur: Baku Fire - Yasamal Bakı 15:1 (fotoreportaj)
-
Yüksək Liqada 3 turun oyun cədvəli
Yüksək Liqada ikinci dövrənin 3 turunun oyun cədvəli açıqlanıb. Dekabrda baş tutacaq hər 3 turun matçı Olimpik Starda reallaşdırılacaq
-
PFL-in işinə yarıyan heç-heçə
Birinci Liqada III turun oyunları keçirilib. Təbii ki, diqqətlər iki iddialı komandanın duelinə yönəlmişdi. “Baku Fire-2” – STAR kargo matçında tərəflər hərəyə 1 xal qazanıb. Bu heç-heçə PFL-in işinə yarıyıb. Belə ki, 3 oyundan maksimum xal toplayan komanda vahid lider olub.
-
YL, IV tur: Araz-Naxçıvan - Neftçi İK 2:3 (fotoreportaj)
-
YL, IV tur: "Şuşa" - U-19 5:4 (fotoreportaj)
-
Mərkəzi oyunun qalibi "Neftçi" oldu
Bu gün Yüksək Liqada XIV turun oyunları keçirilib. Turun açılış matçında debutant “Şuşa” U-19-la qarşılaşıb. Fasiləyə qədər nominal meydan sahibləri 3 cavabsız top vurub. İkinci hissəni gənclər fəal keçirib. Hətta milli hesabı bərabərləşdirməyi bacarıb. Ancaq matçın başa çatmasına 5 dəqiqə qalmış debutant tarazlığı pozmağı bacardı və qələbə qazandı.
Turun mərkəzi oyunu gözlənildiyi kimi gərgin və maraqlı keçdi. Hesab 11-ci dəqiqədə açıldı. “ev tapşırığı”nı Caique dəqiq zərbə ilə tamamlamaqla sükutu pozdu. Amma “Neftçi”nin cavabı da gecikmədi. İsa Atayevin cinahdan rəqibini keçib qapı dirəyinin dibinə ötürməsini Mirzə Əmirov tora qovuşdurdu. 18-ci dəqiqədə nominal qonaqlar hesabı xeyrinə dəyişə bilərdi. Bunun üçün İsa Atayevin 10 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsi gərəkirdi ki, 17 nömrə qeyri-dəqiq oynadı. Amma Atayev 1 dəqiqə sonra səhvini düzəltdi. Bu dəfə də zərbəni Kürdov qaytarsa da, özünü yetirən təcrübəli futzalçı fərqlənib.
İkinci hissədə də gərginlik davam etdi. Hesabda geri düşən “Araz-Naxçıvan”ın təzyiqi artırması gözlənilən idi. Hətta bir epizodda Emilin ideal ötürməsini Ülvi qapıdan keçirə bilmədi. Ancaq Xəzər Ağalızadə 30-cu dəqiqədə tablodakı rəqəmləri eyniləşdirdi. “Sulh” uzun çəkmədi. Cəmi 13 saniyə sonra Namiq Məmmədkətimov təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə komandasına üstünlük qazandırdı. 34-cü dəqiqədə isə “Araz-Naxçıvan” azlıqda qaldı. Giovanny hücumun qarşısını kəsdiyinə görə, 2-ci sarı – qırmızı vərəqə aldı. Sonrakı dəqiqələrdə hesab dəyişmədi və “Neftçi” məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırdı. “Araz-Naxçıvan” isə cari çempionatda ikinci məğlubiyyəti ilə barışdı.
Turun son matçı isə “Baku Fire” üçün məşq xarakteri daşıyırdı. Xüsusilə də İaqo Henrique məhsuldarlığı ilə yadda qalıb.
-
Bu gün Yüksək Liqa, IV tur
Bu gün Yüksək Liqada IV turun oyunları keçiriləcək. Tura debütant "Şuşa" və U-19-un dueli ilə start veriləcək. Daha sonra liderlə son çempion gücünü sinayacaq. Mərkəzi oyunu FİFA referiləri idarə edəcək.