LİQALAR
-
“Araz-Naxçıvan” və “Alyans”dan qələbə
Bu gün Yüksək Liqada XIX turun oyunları keçirilib. Daha doğrusu, “Record club” təyin olunan vaxtda matça çıxmadığına görə, “Baku Fire” ilə görüş baş tutmayıb. Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.
Növbəti oyunda əsas rəqiblər üz-üzə gəlib. Fasiləyə qədər rəqib qapısından 3 cavabsız top keçirən “Araz-Naxçıvan” ikinci hissədə daha məhsuldar olub.
Son matçda isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar qarşılaşıb. Hesabı U-19 açsa da, fasiləyə “Alyans” üstün yollanıb. İkinci hissə də kifayət qədər gərgin keçdi. Əvvəlcə U-19 hesabı bərabərləşdirdi, amma son dəqiqədə meydan sahibləri 3 xalı qazandıran qolu vurmağı bacardı.
-
İkinci Liqa, XVIII tur: Oyun cədvəli
İkinci Liqada əsas mərhələnin sonuncu – XVIII turunun oyun cədvəli açıqlanıb. Matçlar aprelin 30-da Olimpik Starda keçiriləcək.
-
Record club – Baku Fire oyunu keçirilməyib
Yüksək Liqanın XIX turu çərçivəsində bu gün saat 13:00-da keçirilməli olan “Record club” – “Baku Fire” oyunu birincilərin təyin olunan vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.
-
Bu gün Yüksək Liqa, XIX tur
Bu gün Yüksək Liqada XIX turun oyunlari keciriləcək. Mərkəzi oyunda lider "Araz-Naxçıvan" "Neftçi" İK ilə qarsilacaq. Oyunlar aprelin 25-də Olimpik Starda keçiriləcək.
-
Birinci Liqa, XVIII tur: Təyinatlar
Birinci Liqada əsas mərhələnin sonuncu turunun oyunlarına təyinatlar müəyyənləşib. XVIII turun matçları aprelin 25-də Olimpik Starda keçiriləcək.
-
İkinci Liqa: Sarı vərəqələr
2 və daha çoxa sarı vərəqəsi olanlar
-
“Advokat”dan vacib qələbə
Bu gün İkinci Liqada XVII turun oyunları keçirilib. “Çinar-Zəngilan” oyunla gəlmədiyinə görə, “Metropoliten”lə matç baş tutmayıb. Bu görüşün nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək. Lider və ən yaxın izləyiciləri böyükhesablı qələbələr qazanıb. “Zəngilan”ı yenən “Advokat” isə 4-cü pilləyə yüksəlməklə yanaşı, pley-offa yüksəlmək baxımından önəmli addım atmış oldu.
-
Birinci Liqa, XVIII tur: Oyun cədvəli
Birinci Liqada əsas mərhələnin sonuncu turunun oyun cədvəli müəyyənləşib. Matçlar aprelin 25-də Olimpik Starda keçiriləcək.