LİQALAR
-
Azərbaycan – Yunanıstan: Akkreditasiya üçün qeydiyyat
DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan –Yunanıstan oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri fevralın 27-dək qeydiyyatdan keçməlidirlər.
-
YL, XIV tur: Araz-Naxçıvan - Baku Fire (fotoreportaj)
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada XIV turdan sonra sarı vərəqələrin göstəricisi belədir:
-
YL, XIV tur: Alyans - U-19 (fotoreportaj)
-
YL, XIV tur: Record club - Baku Fire (fotoreportaj)
-
“Neftçi” bu dəfə bacarmadı
Bu gün Yüksək Liqada XIV turun oyunları keçirilib. İlk oyunda “Baku Fire” böyükhesablı qələbə qazanıb. Sonuncu pillənin bir növ taleyini həll edən və Səudiyyə Ərəbistanından olan referilərin idarə etdiyi qarşılaşmanı FİFA instruktoru Perry Gautier də izləyib. Fasiləyə qədər 3 cavabsız top vuran “Alyans” ikinci hissədə fərqi qoruya bilməyib. Yeniyetmələr 35-ci dəqiqədə fərqi minimuma endirsələr də, rəqibin yorğunluğundan və passivində 5 cərimə xalı olmasından istifadə edə bilməyib. Yekunda məğlub olan “milli” turnir cədvəlində də mövqeyini dəyişib.
Turun son matçında isə iddialılar üz-üzə gəlib. Lider “Araz-Naxçıvan” cari mövsümdə ondan xal almağı bacaran “Neftçi”yə bu dəfə şans verməyib. Fasiləyə qədər rəqib torunu iki dəfə silkələyən son çempion ikinci hissədə də üstünlüyünü əldən verməyib və yekunda xal ehtiyatını bir qədər də zənginləşdirib.
-
Bu gün, Yüksək Liqa, XIV tur
Bu gün Yüksək Liqada XIV turun oyunları keçiriləcək. Turla bağlı diqqətçəkən məqamlardan biri ikinci oyuna əcnəbi hakimlər təyinat almasıdır. Belə ki, ölkəmizdə FİFA tərəfindən futzal hakimləri və hakim-inspektorları üçün təşkil edilən seminarda iştirak edən Səudiyyə Ərəbistanından olan iki hakim mübadilə proqramı əsasında Alyans – U-19 matçını idarə edəcək. Mərkəzi matçda isə FİFA referiləri fitini səsləndirəcək. “Araz-Naxçıvan” ona cari mövsümdə yeganə xal itkisi yaşadan “Neftçi”ni sınağa çəkəcək.
-
Yüksək Liqa, XIV tur: Təyinatlar
Yüksək Liqada XIV turun oyunlarına təyinatlar açıqlanıb. Turun ikinci oyununa əcnəbi hakimlər təyinat alıblar. Belə ki, ölkəmizdə FİFA tərəfindən futzal hakimləri və hakim-inspektorları üçün təşkil edilən seminarda iştirak edən Səudiyyə Ərəbistanından olan iki hakim mübadilə proqramı əsasında Alyans – U-19 matçını idarə edəcək. Mərkəzi matçda isə FİFA referiləri fitini səsləndirəcək.