LİQALAR
-
Birinci Liqa, VIII tur: Oyun cədvəli
Birinci Liqada VIII turun oyun cədvəli açıqlanıb. Oyunlar dekabrın 1-də və 2-də Olimpik Starda keçiriləcək.
-
“Şuşa”dan əzmkar, VİFLY-dan ilk qələbə
Bu gün keçirilən 3 oyunla Birinci Liqada VII tura yekun vurulub. Günün ilk matçında U-17 birinci hissədə rəqibinə yaxşı müqavimət göstərə bilsə də, ikinci hissədə buna gücü çatmadı. Şuşa isə hesabda geri düşdüyü matçda əzmkar, VİFLY isə mövsümdə ilk qələbəsini qazandı.
-
İkinci Liqa, VII tur: Təyinatlar
İkinci Liqada VII turun oyunlarına təyinatlar açıqlanıb. Turun görüşləri noyabrın 27-də Olimpik Starda keçiriləcək.
-
Baku Fire - Araz-Naxçıvan: Fotoreportaj
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada 8 turdan sonra 2 və daha çox sarı vərəqəsi olan futzalçılar:
-
ADBTİA-dan geridönüş
Bu gün Birinci Liqada VII turun 2 oyunu keçirilib. Hər iki matçda iddialılar üz-üzə gəlib. Günün ilk duelində “Şamaxı” qələbə qazanıb. Digər görüşdə isə hesabı “Alyans Qrup” açsa da, ADBTİA ikinci hissədə “come back” edərək 3 xalı aktivinə yazdırıb.
-
Baku Fire - Araz-Naxçıvan 1:4 (video)
-
Lider itkisiz davam edir
Bu gün Yüksək Liqada VIII turun oyunları keçirilib. İlk matçda lider “Araz-Naxçıvan” turnir cədvəlində ən yaxın izləyicisi olan “Baku Fire”lə qarşılaşıb. Hər iki komanda oyuna itkilərlə çıxıb. Nominal meydan sahibi komandadan Nihad İsmayılov və Sahand Rezapour zədəli olduğuna görə komandasına kömək edə bilmirdisə, qonaqlar kapitan Fərid Ələkbərov və Andreunun xidmətindən məhrum olmuşdu.
Oyuna fəal başlayan “Araz-Naxçıvan” fasiləyə qədər rəqibi iki dəfə meydanın mərkəzinə dəvət edib. Katatau və Felipinyo qol vurub. İkinci hissədə “Baku Fire” bir neçə epizodda fərqi azaltmaq imkanı əldə etsə də, faydalana bilməyib. Sonrakı dəqiqələrdə “Araz-Naxçıvan” daha 2 qol vurub, meydan sahiblərinin gücü isə təsəlli qoluna çatıb.
Turun ikinci oyununda “Record club” qələbə qazanıb. Yayda karyerasını Almaniyanın “Ştutqart” klubunda davam etdirən Anar İsayev dönüşü qolla qeyd etsə də, komandasını məğlubiyyətdən qurtara bilməyib.
Tura “Neftçi” İK – U-19 dueli ilə yekun vurulub. Daha güclü olan “Neftçi” qələbə qazanıb.