AVROPA ÇEMPİONATI
-
Azərbaycan – Slovakiya: Heyətlər
Bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçərəcək Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında baş tutacaq oyun üçün komandaların heyətləri açıqlanıb. Millimizin heyətində 2 futzalçı meydana çıxmayacaq. Fineo De Araujo zədəli, Eduardo Borges isə cəzalı olduğuna görə komandaya kömək edə bilməyəcək. Yeri gəlmişkən, Eduardo Borges məhz ötən il Slovakiya ilə keçirilmiş oyunda ikinci sarı-qırmızı vərəqə alaraq cəzalı duruma düşüb.
-
Qrupda ilk oyun keçirilib
Azərbaycan millisinin yer aldığı 3-cü qrupda ilk oyun keçirilib. Moldova yığması Yunanıstan millisi ilə qarşılaşıb. Oyun moldovalı futzalçıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sabah Bakıda Slovakiya yığmasını qəbul edəcək millimiz fevralın 2-də Afinada Yunanıstan komandası ilə görüşəcək.
-
Rəqibin heyəti açıqlanıb
Fevralın 2-də Afinada Azərbaycan millisini qəbul edəcək Yunanıstan yığmasının heyəti açıqlanıb. Baş məşqçi Giannis Ziavas 19 futzalçıya dəvət göndərib.
-
Rəqibin heyəti açıqlanıb
Final mərhələsi 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin ilk rəqibi olacaq Slovakiya yığması hazırlığa başlayıb. Baş məşqçi Marian Berky zədə və koronavirus ehtimalını nəzərə alaraq, toplanışa geniş heyət dəvət edib.
-
“Niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”
Azərbaycan millisinin final mərhələsi 2022-ci ildə Niderlandda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Daha dorusu, Slovakiya və Moldova ilə qarşılaşacağımız aydındır. Amma digər rəqibimizin Türkiyə, yoxsa Yunanıstan olacağı bu komandalar arasında keçiriləcək pley-off oyunlarında müəyyənləşəcək. Bəs kifayət qədər tanış olan rəqiblərlə yer aldığımız qrup haqda millinin hücumçusu Xətai Bağırov nə düşünür? Futzalçının azfutzal.az saytına açıqlamasını diqqətinizə çatdırırıq:
-
Rövşən Hüseynli millinin məqsədini açıqladı
AÇ-2022-nin qrup mərhələsində millimizin qarşılaşacağı rəqibləri müəyyənləşib. Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibi ilə birinci yer uğrunda yarışacaq komandamız mübarizəyə noyabrda başlayacaq. Püşklə bağlı millinin qapıçısı Rövşən Hüseynli azfutzal.az-a bunları dedi:
-
"....daha güclü komandaların yer aldıqlarını görə bilərik"
Xəbər verdiyimiz kimi, bu gün final mərhələsi 2022-ci ildə Niderlandda təşkil olunacaq futzal üzrə Avropa çempionatını püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilmiş püşk Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibini millimizə rəqib edib. Bəs yığmamızın baş məşqçisi Joze Alesio Da Silva püşk haqda nə düşünür? Baş məşqçinin azfutzal.az saytına açıqlamasını diqqətinizə çatdırırıq:
-
Millimizin rəqibləri müəyyənləşib
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Avro-2022-nin seçmə qrup mərhələsinin püşka atılıb. Azərbaycan milli komandası 3-cu qrupda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə qarşılaşacaq.