AVROPA ÇEMPİONATI
-
Millimizin AVRO-2026-dakı rəqibləri
Bu gün final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək AVRO-2026-nın əsas mərhələsinin püşkü atılıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb. Millimiz 5-ci qrupda yer alıb, Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq.
Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.
Püşkatma mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edib.
-
Millinin rəqibləri müəyyənləşir
Bu gün saat 14:15-də final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək AVRO-2026-nın əsas mərhələsinin püşkü atılacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Püşkatma mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcək.
Artıq komandalar UEFA-nın reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb. Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan millimiz 3-cü səbətdə yer alıb və qrupunun ikinci komandası olacaq. Onu da qeyd edək ki, 3-cü səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.
-
AÇ-2026-nın oyun təqvimi açıqlanıb
Xəbər verdiyimiz kimi, Avropa çempionatı 2026-cı ildə Riqa və Kaunas şəhərlərində keçiriləcək. Həlledici mərhələdə 16 komanda iştirak edəcək ki, onlardan 14-cü seçmə mərhələdən vəsiqə qazanacaq. Bəs Latviya və Litvaya hansı komandalar qonaq gedəcək?
-
AÇ-2026 iki ölkədə keçiriləcək
2026-cı ildə Avropa çempionatının final mərhələsi iki şəhərdə - Riqada (Latviya) və Kaunasda (Litva) keçiriləcək. Bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Oyunlar 2026-cı il yanvarın 18-dən fevralın 8-dək baş tutacaq.
-
“Çox işləməliyik”
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov bu gün Avropa çempionatının əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə keçirilmiş oyun haqda azfutzal.az-a açıqlama verib:
-
Azərbaycan (U-19) - Yunanıstan (U-19): Fotoreportaj
-
U-19 AÇ-də çıxışını başa vurdu
Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi sonuncu oyununu keçirib. Futzalçılarımız Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşıb. Baş məşqçi İlqar Aslanov Bosniya və Herseqovinaya qarşı meydana buraxdığı “5-liy”i “döyüş”ə atmışdı.
İlk dəqiqələrdən üstünlüyə sahib olan nominal qonaqlar yekunda böyükhesablı qələbə qazanıb. Bununla da komandamız AC-də çıxışını başa vurub.
-
Azərbaycan – Yunanıstan: Heyətlər
Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Yunanıstan oyunu üçün komandaların heyətləri: