Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünə start verildi. Turun ilk oyununda son çempion “Araz-Naxçıvan”la gümüş medalçı “Baku Fire” qarşılaşdı. Yenilənmiş heyətlərin dueli maraqla gözlənilirdi. Birinci hissədə üstünlük “qırmızı-ağlar”da olsa da, müdafiədə diqqətli oynayan “Baku Fire” 17-ci dəqiqədə hesabı açdı. Mövsümün ilk qolunu Kənan Manafov künc zərbəsindən başlanan “ev tapşırığı”nın davamında vurdu. Yeri gəlmişkən, ilk sarı vərəqə isə Murad Quluzadəyə göstərildi. Fasiləyə 10 saniyə qalmış hesab bərabərləşdi. Bu dəfə Luicci topa toxunmaqla status-kvonu bərpa etdi. İkinci hissədə də ssenari oxşar oldu. Yenə əvvəlcə qol sevincini “Baku Fire” yaşadı. Fərid Abbasov rəqib torunu silkələməklə komandasına üstünlük qazandırdı. Felipinyo final fitinə 3 dəqiqə qalmış bərabərlik qolunu vurdu. Beləliklə mərkəzi oyun heç-heçə başa çatdı.
Baku Fire – Araz-Naxçıvan (1:1) 2:2
18 sentyabr. Olimpik Star. Saat 13:00
Hakimlər: knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov
Hakim-inspektor: Azad Hüseynov
Qollar: Kənan Manafov, 16:33, Fərid Abbasov, 27:22 // Luicci Longo, 19:50, Filipinyo, 37:48
Sarı vərəqələr: Murad Quluzadə, 15:29, Eldar Zeynalov, 35:45, Tofiq Mikayılov, 39:54 // Yevgeni Kukseviç, 16:33 (b.m), Alleks Rezende, 24:17, Xəzər Ağalızadə, 27:15
“Baku Fire”
19. Cavad Məmmədov (q), 8. Eldar Zeynalov, 9. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 20. Fərid Abbasov, 12. Azər Manafov (q), 3. Kənan Manafov (k), 4. Ramazan Atakişiyev, 14. Tofiq Mikayılov, 21. Əli Həsənzadə (q), 44. Elşən Mahmudov, 95. Rüfət Məmmədli
Baş məşqçi: Teymur Eyvazov
“Araz-Naxçıvan”
12. Rövşən Hüseynli (q), 9. Alleks Rezende, 10. Jean Perruzo, 15. Aleks Teyxeyra, 21. Filipinyo, 1. Emin Kürdov (q, k), 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 20. Ədalət Ələkbərov, 29. Luicci Longo, 49. Valerio Giovanny, 98. Karlos Bertuola
Baş məşqçi: Yevgeni Kukseviç