Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünə start verildi. Turun ilk oyununda son çempion “Araz-Naxçıvan”la gümüş medalçı “Baku Fire” qarşılaşdı. Yenilənmiş heyətlərin dueli maraqla gözlənilirdi. Birinci hissədə üstünlük “qırmızı-ağlar”da olsa da, müdafiədə diqqətli oynayan “Baku Fire” 17-ci dəqiqədə hesabı açdı. Mövsümün ilk qolunu Kənan Manafov künc zərbəsindən başlanan “ev tapşırığı”nın davamında vurdu. Yeri gəlmişkən, ilk sarı vərəqə isə Murad Quluzadəyə göstərildi. Fasiləyə 10 saniyə qalmış hesab bərabərləşdi. Bu dəfə Luicci topa toxunmaqla status-kvonu bərpa etdi. İkinci hissədə də ssenari oxşar oldu. Yenə əvvəlcə qol sevincini “Baku Fire” yaşadı. Fərid Abbasov rəqib torunu silkələməklə komandasına üstünlük qazandırdı. Felipinyo final fitinə 3 dəqiqə qalmış bərabərlik qolunu vurdu. Beləliklə mərkəzi oyun heç-heçə başa çatdı. Turun ikinci oyununda iddialı “Neftçi” debütant “Lənkəran”ı sınağa çəkib. Fasiləyə qədər 4 cavabsız top vuran “Neftçi” ikinci hissədə üstünlüyünü artırıb. Çempionatın ilk qırmızı vərəqəsi isə Vladislav Reznova göstərilib. 29-cü dəqiqədə isə Kamran Hacıyev Ümid Qəhrəmanovun penaltisini dəf edib. Yekunda böyükhesablı qələbə qazanan “Neftçi” çempionata 3 xalla başlayıb. Günün son matçında heyətini təcrübəli futzalçılarla gücləndirmiş “Şuşa” yaş limiti ilə əlaqədar yenilənmiş U-19-la üz-üzə gəlib. Hesabı nominal qonaqlar açsa da, gənclər yığması ardıcıl 2 qol vurağı bacardı. Ancaq sonrakı dəqiqələrdə təcrübə gəncliyə üstünlük saxladı. Boş qapıya istiqamətlənən topu əli ilə çıxardan Oqtay Mahmudzadənin qırmızı vərəqə almağı da komandasına təsirsiz ötüşmədi. Görüş həm də Rüstəm Bağırovun dörd qol vurması və bombardirlər yarışına başçılıq etməsi ilə yadda qaldı.
“Baku Fire” – “Araz-Naxçıvan” (1:1) 2:2
18 sentyabr. Olimpik Star. Saat 13:00
Hakimlər: knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov
Hakim-inspektor: Azad Hüseynov
Qollar: Kənan Manafov, 16:33, Fərid Abbasov, 27:22 // Luicci Longo, 19:50, Filipinyo, 37:48
Sarı vərəqələr: Murad Quluzadə, 15:29, Eldar Zeynalov, 35:45, Tofiq Mikayılov, 39:54 // Yevgeni Kukseviç, 16:33 (b.m), Alleks Rezende, 24:17, Xəzər Ağalızadə, 27:15
“Baku Fire”
19. Cavad Məmmədov (q), 8. Eldar Zeynalov, 9. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 20. Fərid Abbasov, 12. Azər Manafov (q), 3. Kənan Manafov (k), 4. Ramazan Atakişiyev, 14. Tofiq Mikayılov, 21. Əli Həsənzadə (q), 44. Elşən Mahmudov, 95. Rüfət Məmmədli
Baş məşqçi: Teymur Eyvazov
“Araz-Naxçıvan”
12. Rövşən Hüseynli (q), 9. Alleks Rezende, 10. Jean Perruzo, 15. Aleks Teyxeyra, 21. Filipinyo, 1. Emin Kürdov (q, k), 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 20. Ədalət Ələkbərov, 29. Luicci Longo, 49. Valerio Giovanny, 98. Karlos Bertuola
Baş məşqçi: Yevgeni Kukseviç
“Neftçi” İK – “Lənkəran” (4:0) 13:1
18 sentyabr. Olimpik Star. Saat 15:00
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov
Hakim-inspektor: Ramiz Əsədov
Qollar: Lukas Dias Ramos, 0:13, 21:14, İaqo Henrique, 3:47, 15:11, Əjdər Əjdərov, 18:15, Allef Maiolli, 20:54, 29:51, 35:10, Hadi Ahmadi, 25:28, 25:53, Mehdi Ahanqari, 26:40, Emil Həsənzadə, 33:44, Bəyoğlan Vəlizadə, 36:49 (pen.) // Orxan Qədirov, 27:55
Sarı vərəqələr: Əjdər Əjdərov, 6:32 // Anar İsayev, 28:12
Qırmızı vərəqə: Vladislav Reznov, 22:15
“Neftçi” İK
12. Kamran Hacıyev (q), 4. Fərid Atakişiyev, 5. Allef Maiolli, 8. İaqo Henrique, 70. Lukas Dias Ramos, 13. Əjdər Əjdərov (k), 2. Tofiq Əliyev, 3. Mehdi Ahanqari, 6. Bəyoğlan Vəlizadə, 7. Emil Həsənzadə, 9. Vahib Xocayev, 10. Nahid İsmayılov, 15. Hadi Ahmadi, 16. Vladislav Reznov (q)
Baş məşqçi: Fuad Rzayev
“Lənkəran”
12. Hüseyn Abtalıbov (q), 21. Orxan Qədirov (k), 13. Ümid Qəhrəmanov, 14. Məhəmməd Əliyev, 99. Tofiq Məlikov, 1. Ayxan Məmmədov (q), 2. Anar İsayev, 4. Arzu Abbasov, 7. Elşən Mirzəzadə, 11. Cavidan Vəliyev, 26. Şahin Xəlilov, 67. Elmir Xəlilov
Baş məşqçi: İbrahim Həsənov
U-19 – “Şuşa” (2:3) 4:8
18 sentyabr. Olimpik Star. Saat 17:00
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Mahir Məmmədov
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Oqtay Mahmudzadə, 4:43, Pünhan Qasımzadə, 5:28, Fərid Kərimli, 24:56, İsmayıl Əhmədov, 31:35 // Namiq Məmmədkərimov, 1:45, 11:41, Vladislav Vorobyev, 8:58, Rüstəm Bağırov, 22:04, 31:14, 33:27, 36:56, Adil İsmayılov, 37:33
Sarı vərəqələr: Pünhan Qasımzadə, 23:50, Suad Qarayev, 34:46 // İlham Alıyev, 15:01, Rüstəm Bağırov, 29:52
Qırmızı vərəqə: Oqtay Mahmudzadə, 11:40
U-19
12. Ömər Kərimli (q), 6. Oqtay Mahmudzadə, 7. Suad Qarayev, 9. İsmayıl Əhmədov, 10. Pünhan Qasımzadə, 1. Kərim Allahverdiyev (q), 2. Aslan Qasımlı, 5. Fərid Kərimli, 8. Nazim Süleymanov, 11. Kənan Əhmədov, 13. Salman Mikayılov, 14. Emil Bayramov, 17. Turan Azayev, 20. Cavid Quliyev
Baş məşqçi: İlqar Aslanov
“Şuşa”
12. Azər Fərmanov (q), 9. Rüstəm Bağırov (k), 11. Namiq Məmmədkərimov, 14. Vladislav Vorobyev, 18. Adil İsmayılov, 2. Elçin Məmmədov, 3. Elmin Qaçaylı, 4. İlham Alıyev, 7. Sadegh Javidtabar, 10. Nüsrət Fərzəli, 13. Şahbaz Həndəmli, 17. İbrahim Məhərrəmov, 77. Zöhrab Quluşev, 85. Azər Nağıyev
Komandanın rəsmisi: Ramil Hüseynov