...

Kapitanın iştirakı ilə imza günü keçirilib (fotolar)


Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı, Azərbaycan milli komandasının və “Araz-Naxçıvan” Futzal Klubunun kapitanı Emin Kürdovun iştirakı ilə imza günü keçirilib. İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində təcrübəli futzalçı əvvəlcə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinin final oyununu izləyib, mükafatlandırma mərasimində iştirak edib. O, bu gün gənc futbolçulara master-klass keçib, onların suallarını cavablandırıb, ardınca uşaqların formalarını imzalayıb, onlarla xatirə fotoları çəkdirib.