AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Bu gün çempion muəyyənləşir
Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçiriləcək. Bakı İdman Sarayında saat 19:00-da start götürəcək və CBC Sportla canlı yayımlanacaq matçda lider "Neftçi" İK ilə "Araz-Naxçıvan" qarşılaşacaq. Oyunu FİFA referiləri idarə edəcəklər.
32-ci çempion hansı komanda olacaq?
Mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə 32-ci Azərbaycan çempionatına yekun vurulacaq. Bəs bu dəfə çempionluq kubokunu hansı komanda başı üzərinə qaldıracaq? “Neftçi” İK ilk sevincini, yoxsa “Araz-Naxçıvan” sayca 20-ci çempionluğunu qeyd edəcək? 1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020-2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib. Ümumiyyətlə, “Araz-Naxçıvan” 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. “Azərneftyanacaq” 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə “Nicat” olub. “Azadə” və “Tribut” da hərəyə bir dəfə çempion olublar. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
Bürünc “Baku Fire”
Bu gün Yüksək Liqada XX turun bir oyunu keçirilib. Olimpik Starda növbəti qələbəsini qazanan “Baku Fire” cari mövsümü üçüncü pillədə başa vurub. U-19 isə meydana çıxmadan 3 xalı aktivinə yazdırıb. Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la gücünü sınayacaq. CBC Sport-la canlı yayımlanacaq görüşün start fiti Bakı İdman Sarayında saat 19:00-da veriləcək.
AK, Final: Oyun cədvəli
Azərbaycan kubokunun 2025-2026-cı illər mövsümünün final oyunu mayın 21-də keçiriləcək. Komandalar Bakı İdman Sarayında saat 16:00-da üz-üzə gələcəklər. CBC Sport-la canlı yayımlanacaq qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.
BL, 3-cü yer: Xan-Lənkəran - Baku Fire-2 (fotoreportaj)
Bir oyuna təyinatlar
Yüksək Liqada XX turun bir oyununa təyinatlar açıqlanıb. Mayın 14-də keçiriləcək matçı Elgün Hüseynovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Liqada mövsümə mayın 18-də keçiriləcək “Neftçi” İK - “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.
Oyunun başlama vaxtı dəyişdirilib
YL, XIX tur: Araz-Naxçıvan - U-19 (fotoreportaj)
‹
1
2
3
4
5
6
7
8
›
SONUNCU