XƏBƏRLƏR
-
Qrup oyunlarını idarə edəcək hakimlər
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Josip Barton (Şimali Makedoniya), Joze Kristiano Kardoso Santos (Portuqaliya), Trayan Ençev (Bolqarıstan), Dejan Veseliç (Sloveniya) oyunlatrda ədaləti təmsil edəcəklər. Stefan Kammerer (Almaniya) oyunun UEFA nümayəndəsi, Patrik Villemark (Belçika) isə hakim-inspektor olacaq.
-
Kapitandan dəyərləndirmə
Avropa çempionatının final mərhələsində iştirak edəcək və D qrupunda Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla qarşılaşacaq millimizin şansları barədə kapitan Rizvan Fərzəliyevin azfutzal.az-a açıqlaması.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada keçirilən iki turdan sonra 4 futzalçının passivində turların sayı qədər sarı vərəqə var. Bu 4 oyunçudan ikisi eyni komandanın üzvüdür.
-
Statistika nə deyir?
Xəbər verdiyimiz kimi, AÇ-2022-nin final mərhələsində millimiz D qrupunda Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla qarşılaşacaq. Oyunlar gələn il yanvarın 22-də, 26-da və 29-da Niderlandda keçiriləcək. Komandamız bu rəqibləri ilə müxtəlif vaxtlarda rəsmi oyunlarda qarşılaşıblar. Gürcüstanla 3 oyunun ilkində heç-heçə etmişiksə, qalan 2 matçda qələbə qazanmışıq. Ən çox qapısına yol tapdığımız komandada elə Gürcüstan millisidir – 17:10. Bosniya və Herseqovina ilə baş tutmuş 2 dueldə də sevinən tərəf Azərbaycan millisi olub. Qolların nisbəti isə belədir: - 8:6. İspanlarla hər 3 oyun isə uğursuz alınıb. Üç oyunda onları 5 dəfə məyus etmişik - 5:13.
-
"Bu dəfə belə olmayacaq”
Gələn il Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək millimiz Bosniya və Herseqovina, İspaniya və Gürcüstan yığmaları ilə qarşılaşacaq. Komandamızın yer aldığı qrupla bağlı millinin qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib:
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada 2 tur arxada qalıb. Artıq iki futzalçının passivində 2 sarı vərəqə var.
-
“Ciddi hazırlaşmalıyıq”
Xəbər verdiyimiz kimi, bu gün AVRO-2022-nin final mərhələsinin püşkü atılıb. Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində iştirak edən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qrupumuzla bağlı fikrini bölüşüb:
-
D qrupunun təqvimi
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı D qrupunun təqvimini diqqətinizə çatdırırq. Millimiz mübarizəyə yanvarın 22-də start verəcək.