XƏBƏRLƏR
-
"Transfer pəncərəsi" açılıb
Bu gün “Yay transfer pəncərəsi” açılıb. Komandalar sentyabrın 22-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, YÜksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək.
-
“Transfer pəncərəsi” iyulda açılacaq
Xəbər verdiyimiz kimi, Yüksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək. Komandalar oyunçuların transferini və qeydiyyatını iyulun 5-dən sentyabrın 22-dək həyata keçirə bilərcəklər.
-
Yeni mövsümün başlanma tarixi açıqlandı
Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
-
“Bunlar artıq tarixdə qalıb”
UEFA Çempionlar Liqasında iştirakı dəqiqləşən “Araz”ın qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib.
-
UÇL-nın püşkü atılacaq
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsi ölkəmizi UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə təmsil edəcək klubu müəyyənləşdirib. “Araz”ın növbəti dəfə iştirakçısı olacağı yarışın püşkü iyulun 7-də atılacaq. Püşkatmada ilkin və əsas mərhələdə mübarizə aparacaq klublar rəqibləri ilə tanış olacaqlar. Əvvəlcədən də bildirildiyi kimi, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.
-
AFF-nin İcraiyyə Komitəsinin iclası keçirilib
Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
-
“Missiyamı hələ başa vurmamışam”
Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin qərarı ilə futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva ilə müqavilə bir il uzadılıb. Braziliyalı mütəxəssis gələn il mayın sonuna qədər millinin “sükan”ı arxasında olacaq. Hazırda vətənində istirahət edən baş məşqçi qərarla bağlı azfutzal.az-a açıqlama verib:
-
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Aparılmış müzakirələrdən sonra futzalla bağlı aşağıdakı qərarlar qəbul olunub: