AZƏRBAYCAN KUBOKU
-
AK, ¼ final: Oyun cədvəli
Azərbaycan kubokunun ¼ final mərhələsinin oyun cədvəli açıqlanıb. Bütün qarşılaşmalar martin 15-də Olimpik Starda keçiriləcək.
-
1/8 final mərhələsinə yekun vurulub
Azərbaycan kubokunun 1/8 final mərhələsinə bu gün yekun vurulub. Keçirilməsi nəzərdə tutulan 4 oyundan 3-ü baş tutub. “Yeni Suraxanı” U-19-la görüşə gəlmədiyinə görə, matçın nəticəsi haqda AFFA-nın İntizam komitəsi qərar verəcək. Günün ilk matçında “Baku Fire-2” böyükhesablı qələbə qazanıb. Birinci Liqanın iddialı təmsilçilərindən STAR kargo – “Şuşa” dueli isə ən maraqlı görüş olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda öndə olsa da, aşağı liqa təmsilçisi sona yaxın hadisələrin axarını xeyrinə dəyişib və qələbə qazanıb. Son görüşdə isə Azərbaycan kubokunun son qalibi olan PFL böyükhesablı qələbə sayəsində ¼ finala vəsiqə qazanıb.
-
¼ finalçıların yarısı məlumdur
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin 4 oyunu keçirilib. İlk matçda iki iddialı komanda üz-üzə gəlib. Birinci hissə gərgin keçsə də, “Araz-Naxçıvan” ikinci hissədə oyunun taleyini həll edib. Digər oyunlarda Yüksək Liqa təmsilçiləri olan “Neftçi” və “Lənkəran” asanlıqla qalib gəlib. Günün son dueli isə gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar ardıcıl 2 qol vursa da, meydan sahibləri qələbə qazanmağı bacarıb. Beləliklə, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Lənkəran” və “Xan-Lənkəran” ¼ finala vəsiqə qazanıb.
-
AK, 1/8 final: Mübarizə başlayır
Azərbaycan kubokunun 2025-2026-cı illər mövsümünə start verilir. Bu gün 1/8 final mərhələsinin 4, sabah da bir o qədər oyunları keçiriləcək. Qarşılaşmaların hamısı Olimpik Starda bas tutacaq.
-
AK, 1/8 final: Oyun cədvəli
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Oyunlar fevralın 14-də və 15-də Olimpik Starda keçiriləcək.
-
Azərbaycan kubokunun püşkü atılıb (fotolar)
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan kubokunun 2025-2026-cı illər mövsümünün püşkü atılıb. Sayca 30-cü dəfə təşkil olunacaq kubok uğrunda 6-sı Yüksək, 10-u Birinci liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq. Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaq. Fevralın 14-ü və 15-də başlayacaq Azərbaycan kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında müəyyənləşəcək.
-
Azərbaycan kubokunun püşkü atılacaq
Fevralın 3-də Azərbaycan kubokunun 2025-2026-ci il mövsümünün püşkü atılacaq. Püşkatma mərasimi AFFA-nın inzibati binasında, saat 12:00-da başlayacaq. Tədbirə KİV nümayəndələri dəvətlidir.
-
AK, Final: Mükafatlandırma (fotoreportaj)