Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin 4 oyunu keçirilib. İlk matçda iki iddialı komanda üz-üzə gəlib. Birinci hissə gərgin keçsə də, “Araz-Naxçıvan” ikinci hissədə oyunun taleyini həll edib. Digər oyunlarda Yüksək Liqa təmsilçiləri olan “Neftçi” və “Lənkəran” asanlıqla qalib gəlib. Günün son dueli isə gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar ardıcıl 2 qol vursa da, meydan sahibləri qələbə qazanmağı bacarıb. Beləliklə, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Lənkəran” və “Xan-Lənkəran” ¼ finala vəsiqə qazanıb.
Baku Fire – Araz-Naxçıvan 1:5
Neftçi İK – Trabzon Azərbaycan 14:3
Lənkəran – Atletiko Baku 17:3
Xan-Lənkəran – Dəstə Ordubad 6:3
Mərhələnin qalan 4 oyunu isə fevralın 15-də Olimpik Starda keçiriləcək.
15 fevral
Saat 14:00 Ulduz - Baku Fire-2
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev
Hakim-inspektor: Murad Məmmədov
Saat 16:00 U-19 - Yeni Suraxanı
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Elçin Səmədli
Saat 18:00 STAR kargo – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev
Hakim-inspektor: Azad Hüseynov
Saat 20:00 Timsport - PFL
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Əfqan Həmzəyev