LİQALAR
-
"Transfer pəncərəsi" açılıb
Bu gün “Yay transfer pəncərəsi” açılıb. Komandalar sentyabrın 22-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, YÜksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək.
-
Çempionları yaxından tanıyaq...
Futzal üzrə Yüksək Liqada 2019/2020-ci il mövsümünə yekun vurulub. “Araz” 15 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
Bu, sayca 27-ci ölkə çempionatı idi. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında təşkil olunub. İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
-
Yüksək Liqa: 10 və daha çox qol vuranlar
Yüksək Liqada 10 və daha çox qol vurmuş futzalçıların siyahısını diqqətinizə çatdırırıq. Siyahıya hazırda Xətai Bağırov başçılıq edir. İkinci pillədə Firudin Ağalarov qərarlaşıb. Qış fasiləsinə qədər “Premier”in formasını geyinən Ağalarov hazırda “Xızı Futzal”ın uğurları üçün tər tökür. Ramiz Çovdarov isə “ilk 3-lüy”ü tamamlayır.
-
Beş oyun keçirildi
Bu gün Birinci Liqada XXIII turun 5 oyunu keçirilib. Günün ilk oyununda “Metropoliten” böyükhesablı qələbə qazanıb. “Veqa” isə “Baku Fans”la oyuna gəlməyib. “Arenda.az” isə ən yaxın izləyicisi ilə dueldən 5 cavabsız top üstünlüklü qələbə ilə ayrılıb. Turun mərkəzi oyununda zirvəyə iddialı “Forza Neftçi” və ADBTİA üz-üzə gəlib. Nominal meydan sahibləri qış fasiləsində heyətini gücləndirsə də, yenə məğlub oldu. Günün son oyununda isə lider “AjaxBaku” “Çinar Cəbrayıl”ı meydana çıxmağa peşman edib.
-
Azərbaycan kuboku, 1/8 final, ilk oyunlar (fotoreportaj-2)
-
Bu gün: Birinci Liqa, XXIII tur
Bu gün Birinci Liada XXIII turun oyunlarına start veriləcək. İki gün davam edəcək və “Olimpik Star”da keçiriləcək görüşlər azarkeşlər üçün qapalı olacaq:
-
İkinci Liqa, XXII tur: Təyinatlar
İkinci Liqada XXII turun oyunlarına təyinatlar açıqlanıb. Turun bütün oyunları martın 15-də “Olimpik Star”da keçiriləcək.
-
Yüksək Liqa, XX tur: Təyinatlar
Yüksək Liqada XX turun oyunlarına təyinatlar açıqlanıb. Turun oyunları martın 16-da “Olimpik Star”da keçiriləcək.