LİQALAR
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada XX turdan əvvəl sarı vərəqələrin göstəricisi açıqlanıb. Qərib İbrahimov limiti doldurduğuna görə komandasına kömək edə bilməyəcək.
-
Birinci Liqa, XXIII tur: Təyinatlar
Birinci Liqada XXIII turun oyunlarına təyinatlar açıqlanıb. Martın 13-də və 14-də “Olimpik Star”da keçiriləcək görüşləri idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada XXII turdan əvvəl sarı vərəqələrin göstəricisi açıqlanıb. Bir futzalçı komandasına kömək edə bilməyəcək:
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada XXIII turdan əvvəl sarı vərəqələrin göstəricisi açıqlanıb. Dörd futzalçı komandasına kömək edə bilməyəcək:
-
Birinci Liqa, XXII tur (fotoreportaj-2)
-
Yüksək Liqa, XX tur: Oyun cədvəli
Yüksək Liqada XX turun oyun cədvəli açıqlanıb. Turun oyunları martın 16-da “Olimpik Star”da keçiriləcək.
-
Mərkəzi oyunun qalibi “Marafon” oldu
Bu gün Yüksək Liqada XIX turun oyunları keçirilib. Bununla da üçüncü dövrəyə start verildi. “Olimpik Star”da ilk duel Araz – Baku Fire oldu. İsa Atayev səhhəti, Eshaq Surgalı isə cəzalı olduğuna görə komandasına kömək edə bilmirdi. Oyunda ilk real qol epizodunu “Araz” qaçırdı. Amir 1 metrlik məsafədən qapının deyil, arxa toru silkələdi. Renatın standart vəziyyətdən zərbəsi qeyri-dəqiq alındısa, Murilonun fərqlənməsinə qapı tiri mane oldu. Əvəzində Çovdarov turun ilk qolunu vurdu. Cəmi 19 saniyə sonra bu dəfə çempionatın bombardiri adını tabloya yazdırdı. Xətai 12-ci dəqiqədə dubl etdi. Ona qədər Qəmbərzadə fərqlənmişdi. Fasiləyədək Bağırov het-trikini rəsmiləşdirdi. İkinci hissənin əvvəlində Rasif Səfiyarov real şansını qaçırsa da, Çovdarov dəqiq oynadı. Ardınca Xətai hesabındakı qolların sayını artırdı.
Mərkəzi oyunda hesabı “Marafon” açdı. Vitalinin zərbəsi zamanı Cavadın səhvə yol verməsi komandasının hesabda geri düşməsi ilə nəticələndi. Tofiq Mikayılov 7-ci dəqiqədə baxımlı zərbə ilə fərqi 2 top çatdırdı. Borisov da illərini futzalda əbəs yerə keçirmədiyini növbəti hücumda göstərdi. 15-ci dəqiqədə “Neftçi” rəqibi əks-hücumda yaxaladı. Vahibin ötürməsini Emil tirə tuşlamaqla fərqi azaltmaq şansını qaçırdı. İkinci hissədə də real qol epizodu yaratmaq baxımından “Marafon” seçilirdi. Bir epizodda Elşən İbrahimxəlilovun zərbəsi dirəyin dibindən meydanı tərk etdi. Seymur Məmmədovun zərbəsi isə dirəyə tuş gəldi. Bununla belə, liderin ən yaxın izləyicisi birinci hissədəki qədər qol vurmaqla böyükhesablı qələbə qazandı.
“Bakı” TFK isə qələbəsiz oyunlar seriyasına “Yasamal” İSk ilə matçda son qoydu. Hərçənd “tələbələr” əvvəlki oyunlarda iddialı rəqibləri ilə başabaş mübarizə aparsa da, son dəqiqədə məğlubiyyətdən qaça bilmirdi.
Turnir cədvəlinin qonşu pillələrində yer alan komandaların görüşü kifayət qədər gərgin keçdi. Hər iki tərəf fasiləyə qədər bir neçə real qol epizodu yaratsa da, qapılara qol vurulmadı. İkinci hissədə Gahramani hesabdakı tarazlığı pozdu. Meysam Rahimporun qırmızı vərəqə almasından sonra “Record club” meydanda azlıqda qalsa da, “Xızı Futzal” bundan istifadə edə bilmədi. Yalnız sona 5 dəqiqə qalmış Elnurun qolu status-kvonu bərpa etdi.
Premier (Quba) – EKOL oyunu isə Quba təmsilçisinin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb.
-
İkinci Liqa, XXII tur: Oyun cədvəli
İkinci Liqada XXII turun oyun cədvəli açıqlaıb. Turub bütün oyunları martın 15-də “Olimpik Star”da keçiriləcək.