LİQALAR
-
Yüksək Liqa, XIII tur: Oyun cədvəli
Yüksək Liqada XIII turun oyun cədvəli açıqlanıb. Oyunlardan biri martın 22-də, digərləri isə martın 27-də keçiriləcək. Belə ki, U-19 martın 25-dən 30-dək Avropa çempionatının əsas mərhələsində mübarizə aparacağına görə, federasiya “Baku Fire”in də razılığı əsasında görüşün tarixini dəyişib. Beləliklə U-19 – “Baku Fire” qarşılaşması martın 22-də, saat 16:00-da Olimpik Starda keçiriləcək.
-
Bu gün, Yüksək Liqa, XII tur
Bu gün Yüksək Liqada XII turun oyunları keçiriləcək. Tura saat 14:00-da Olimpik Starda start veriləcək.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada sarı vərəqələrin göstəricisi açıqlanıb. "Ulduz"dan Ümüd İbrahimovun passivində 4 sarı vərəqə olduğuna görə, matçı buraxacaq.
-
Pley-off zonasında sürpriz olmadı
Birinci Liqada IX turun oyunları keçirilib. “Olimpik Star”da ilk qələbəni STAR kargo qazanıb. Növbəti oyunda 12 qol vurulsa da, komandalar hərəyə 1 xalla kifayətlənib. Liderlər qrupunda yer alan “Baku Fire-2” böyükhesablı qələbəyə sevinib. “Djevo Dəyirman”ın qazancı da 3 xal olub. “Xan-Lənkəran” da qələbə sayəsində mövqeyini qorumaqla bərabər, izləyiciləri ilə xal fərqini artırıb. Turan liderin qələbəsi ilə yekun vurulub.
-
Birinci Liqa, IX tur: Oyun cədvəli
Birinci Liqada IX turun oyun cədvəli açıqlanıb. Komandalar martın 16-da Olimpik Starda üz-üzə gələcəklər.
-
Liderin ilk məğlubiyyəti
Birinci Liqada VIII turun oyunları keçirilib. Mərkəzi oyunda lider və ən yaxın izləyicisi qarşılaşıb. Gərgin keçən görüş “Baku Fire-2”nin qələbəsi ilə yekunlaşıb. Bu, PFL-in cari mövsümdə ilk xal itkisi olub. İlk “3-lük”də yer alan STAR kargo da turu 3 xalla başa vurub. “Metropoliten” də böyükhesablı qələbə sayəsində xal ehtiyatını artırıb.
-
“Çarşı Bakı”dan böyükhesablı qələbə
Bu gün Birinci Liqanın VII turunun təxirə salınmış oyunu keçirilib. “Ulduz” – “Çarşı Bakı” görüşü məhsuldarlığı ilə yadda qalıb. 10:2 hesabı ilə qalib gələn “Çarşı Bakı” turnir cədvəlində 2 pillə irəliləyib.
-
Birinci Liqa, VIII tur: Təyinatlar
Birinci Liqada VIII turun oyunlarına təyinatlar açıqlanıb. Martın 9-da komandalar Olimpik Starda üz-üzə gələcəklər.