UEFA ÇEMPİONLAR LİQASI
-
Təmsilçimiz bu komandalarla qarşılaşmayacaq
Xəbər verdiyimiz kimi, sabah – iyulun 7-də, saat 17:00-da UEFA Çempionlar Liqasının ilkin mərhələsinin püşkü atılacaq. Bu yarışdakı təmsilçimiz “Araz-Naxçıvan” 5-ci səbətdə yer alsa da, öz qrupunun birinci komandası olacaq. Ölkə çempionu bu mərhələdə Luxol St. Andreus Futsal (Malta), Veilimdorf (Almaniya), APOEL (Kipr), JB Futsal Gentofte (Danimarka), Haladas VSE (Macarıstan), Futsal Mineva (İsveçrə) və KMF FON (Serbiya) komandaları ilə qarşılaşmayacaq. Çünki həmin klublar da öz qruplarında birinci mövqedə qərarlaşacaqlar.
-
Qrup mərhələsinə bu ölkələr ev sahibliyi edəcək
-
“Araz” mübarizəyə ilkin mərhələdən başlayacaq
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” klubu mübarizəyə ilkin mərhələdən başlayacaq. UEFA bu gun ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb. Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü iyulun 7-də, saat 16:00-da atılacaq. Oyunlar isə avqustun 20-dən 25-dək keçiriləcək. Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq. Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar bu il oktyabrın 26-dan 31-dək keçiriləcək. Ümumilikdə isə builki Çempionlar Liqasında 51 federasiyadan 55 klub qatılacaq.
-
UÇL-nın püşkü atılacaq
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsi ölkəmizi UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə təmsil edəcək klubu müəyyənləşdirib. “Araz”ın növbəti dəfə iştirakçısı olacağı yarışın püşkü iyulun 7-də atılacaq. Püşkatmada ilkin və əsas mərhələdə mübarizə aparacaq klublar rəqibləri ilə tanış olacaqlar. Əvvəlcədən də bildirildiyi kimi, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.
-
“Sportinq” ÇL-nin qalibi olub
UEFA Çempionlar Liqasının final oyunu keçirilib. Xorvatiyanın Zadar şəhərində baş tutan həlledici qarşılaşmada “Sportinq” və “Barselona” komandaları qarşılaşıb. Görüş Portuqaliya təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
-
Final Zadarda keçiriləcək
UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün final mərhələsinin keçiriləcəyi məkanı dəyişib. Oyunlar aprelin 28-dən martın 3-dək Xorvatiyanın Zadar şəhərindəki "Kreşimir Koşiç Arena"da keçiriləcək.
-
UEFA İcraiyyə Komitəsinin qərarı
Belarusdakı epidemoloji və ölkəyə mövcud səyahət məhdudiyyətlərini nəzərə alaraq 2020/2021-ci il Futzal üzrə Çempionlar Liqasının final mərhələsinin Belarusdan alınaraq Xorvatiyaya verilməsi barədə qərar qəbul edib. UEFA Futzal üzrə Çempionlar Liqasının final mərhələsi aprelin 28-dən mayın 3-dək Zaqrebdə təşkil olunacaq.
-
"Araz" mübarizəni dayandirib
UEFA Çempionlar Liqasında ilkin mərhələnin oyunları keçirilib.