UEFA ÇEMPİONLAR LİQASI
-
“Araz-Naxçıvan”ın ÇL üçün iştirak ərizəsi
Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. Siyahıda 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı yer alıb.
-
İlk iki oyuna təyinatlar
UEFA Çempionlar Liqası çərçivəsində “Araz-Naxçıvan”ın keçirəcəyi ilk iki oyuna təyinatlar açılanıb. F qrupunun oyunları Avstriyada keçiriləcək və yalnız qrup lideri əsas mərhələyə vəsiqə qazanacaq.
-
F qrupunun oyunlarına təyinatlar
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldğı qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. UEFA 4 referiyə təyinat göndərib. Orest Dutsiak (Ukrayna), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.
-
“Araz-Naxçıvan”ın oyunlarının təqvimi
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın qrupunda keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Qeyd edək ki, bu qrupun oyunları Avstriyada keçiriləcək.
-
Ölkə çempionunun rəqibləri müəyyənləşib
Bu gün UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, bu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Təmsilçimiz F qrupunda Ljuti Krajişniç (Avstriya), PYF Saltires (Şotlandiya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.
-
“Araz-Naxçıvan” 5-ci səbətdə
Xəbər verdiyimiz kimi, iyulun 3-də, saat 16:00-da, UEFA-nın Nyondakı mənzil-qərargahında Çempionlar Liqasının 2025-2026-cı illər mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Ölkəmizi bu yarışda təmsil edəcək “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən başlayacaq. Cari mövsümdə ümumilikdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.
-
UEFA ÇL: Yeni mövsümün formatı, tarixlər
UEFA Çempionlar Liqasının 2025-2026-ci il mövsümünün formatı və oyunların keçiriləcəyi tarixlər açıqlanıb. Yeni mövsümün reqlamentində dəyişiklik edilib. Əvvəldən qeyd edək ki, hazırda Yüksək Liqanın başa çatmasına 2 tur qalıb və Azərbaycan çempionu hələ məlum deyil.
-
Təmsilçimiz mübarizəni dayandırıb
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirib. Təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gəlib. Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdu. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuza görüşdə yenilməmək kifayət edirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıb. Fasiləyə qədər Caique status-kvonu bərpa edib.
İkinci hissəyə də meydan sahibi komanda qolla başlayıb. Furublad dubl edib. 37-ci dəqiqədə Kənan Manafov yenidən hesaba tarazlıq gətirib. Təəssüf ki, sona 3 dəqiqə qalmış rəqib daha 2 dəfə fərqlənib. Amadeunun qolu isə təsəlli olub. Yekunda məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.