UEFA ÇEMPİONLAR LİQASI
-
“Araz-Naxçıvan” ilk oyununu keçirib
Bu gün UEFA Çempionlar Liqasının yeni formatda keçirilən növbəti – 1/8 final oyunları keçirilib. İlk matçda təmsilçimiz “Araz-Naxçıvan” Portuqaliya “Benfika”sı ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüşə təmsilçimiz itkilərlə çıxıb. Belə ki, sarı vərəqə limitini dolduran Giovanny Valero, Karlos Bertuola və Alekssanderson Teixeira komanda yoldaşlarına kömək edə bilməyiblər. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın heyətində yer alıblar.
Hesab 13-cü dəqiqədə açıldı. Künc nöqtəsindən ötürməni Silva havadaykən qapıya göndərdi. Qonaqlar fasiləyə qədər daha 3 qol vurdular. İkinci hissəyə də Portuqaliya təmsilçisi qolla başladı. Portuqaliya təmsilçisi sonrakı dəqiqələrdə fərqi 9 topa qədər yüksəltdilər.
Bu komandalar arasında cavab oyunu dekabrın 5-də Lissabonda keçiriləcək.
-
Bu gün saat 20:00: Araz-Naxçıvan – Benfika
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. İlk iki mərhələni uğurla adlayan Azərbaycan çempionu ilk dəfə təşkil oluna bu mərhələdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. Cütün ilk dueli bu gün saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. Zala giriş biletsiz olacaq. Qarşılaşma CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
-
Cavab oyununun vaxtı və məkanı
-
“Araz-Naxçıvan”ın rəqibi müəyyənləşdi
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
-
Püşkatma öncəsi səbətlər
Dünən keçirilmiş 2 oyundan sonra UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə aparacaq 16 komanda müəyyənləşib. Reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar. Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və ¼ final mərhələlərini püşkü atılacaq. 1/8 final mərhələsinin oyunlar isə noyabrın 24-də və dekabrın 5-də, ¼ finalın matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaq. Bundan sonra “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.
Qeyd edək ki, 7-ci qrupun qalibi olaraq ilk dəfə keçirilən 1/8 finala vəsiqə qazanan “Araz-Naxçıvan” ilk oyununu Bakıda keçirəcək.
-
“Araz-Naxçıvan” 1/8 finalda
UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan” “Tigers Roermond”la qarşılaşıb. 3:2 hesabı ilə qələbə qazanan təmsilçimiz qrup mərhələsini lider kimi başa vurub və 1/8 finala vəsiqə qazanıb. Bu mərhələnin püşkü noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.
-
Bu gün saat 18:00: Tigers Roermond (Niderland) - Araz-Naxçıvan
UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün qrupda son oyununa çıxacaq. Təmsilçimiz Niderland çempionu ilə qarşılaşacaq. Bu görüş qrup liderini müəyyənləşdirəcək.
Qeyd edək ki, 2 oyundan sonra “Tigers Roermond”un 6, “Araz-Naxçıvan”ın isə 4 xalı var.
-
Əzmkar heç-heçə
Bu gün UEFA Çempionlar Liqasında "Araz-Naxçıvan" növbəti oyununa çıxıb.