AVROPA ÇEMPİONATI
-
AÇ-dəki rəqibimiz 4 yoldaşlıq oyunu keçirəcək
Avropa çempionatının final mərhələsində millimizlə bir qrupda yer alan və yanvarın 22-də komandamızın rəqibi olacaq Gürcüstan yığması 4 yoldaşlıq oyunu keçirəcək. Rəqibimiz dekabrın 16-da və 18-də Serbiya millisi ilə üz-üzə gələcək. Növbəti rəqib isə Qırğızıstan yığması olacaq. Bu komanda ilə görüşlər isə dekabrın 21-də və 22-də baş tutacaq.
Qeyd edək ki, bu oyunların hamısı Tbilisidə baş tutacaq.
-
AÇ-nin biletləri satışa çıxarılıb
Gələn il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarına bilet satışına başlanılıb.
-
Oyunların başlanma saatı açıqlanıb
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı D qrupunun oyunlarının başlanma saatı açıqlanıb. Qrupun ilk oyunu millimizlə Gürcüstan yığması arasında olacaq.
-
“Ciddi hazırlaşmalıyıq”
Xəbər verdiyimiz kimi, bu gün AVRO-2022-nin final mərhələsinin püşkü atılıb. Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində iştirak edən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qrupumuzla bağlı fikrini bölüşüb:
-
D qrupunun təqvimi
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı D qrupunun təqvimini diqqətinizə çatdırırq. Millimiz mübarizəyə yanvarın 22-də start verəcək.
-
Millimizin AVRO-2022-dəki rəqibləri
Bu gün Niderlandın Zeist şəhərində gələn il yanvarın 19-dan fevralın 6-dək bu ölkədə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkü atılıb. İlk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək qitə birinciliyinin həlledici mərhələsində millimiz D qrupunda yer alıb və Gürcüstan, Bosniya və Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Qroningen şəhərdə keçiriləcək.
-
Millinin rəqibləri bu gün müəyyənləşəcək
Bu gün gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Həlledici raund ilk dəfə olaraq 16 komandanın iştirakı ilə keçiriləcək. Zeist-də təşkil olunacaq püşkatma yerli vaxtla saat 18:00-da start götürəcək. Meydan sahibi Niderlanddan başqa, Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcək. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
Artıq komandalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Millimiz Xorvatiya, İtaliya və Serbiya-Belarus cütünün qalibi ilə bir qrupda yer almayacaq. Meydan sahibi Niderland isə püşk atılan zaman avtomatik olaraq A qrupunda 1-ci pillədə qərarlaşacaq.
Püşkatmada Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə də iştirak edəcək.
-
AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?