AVROPA ÇEMPİONATI
-
Gürcüstan - Azərbaycan: Fotoreportaj
-
Millimiz ilk oyununu keçirib
Bu gün Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilk oyununu keçirib. D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gəlib. Bir gün əvvəl COVİD-19-la bağlı verdiyi testi pozitiv çıxan Rövşən Hüseynli və Qallo bu dəfə komandadan kənarda qalmışdı. Əlbəttə, vacib oyun ərəfəsində düşərgədə bu cür itkilərin baş verməsi futzalçılara psixoloji baxımdan təsir etməyə bilməzdi.
Oyuna gəldikdə, hesabı Vilela açdı. Fineonun ötürməsini forvard tora qovuşdurdu. O, 1 dəqiqə sonra cərimə zərbəsindən birbaşa qapıya yol tapmaqla üstünlüyümüzü iki topa çatdırdı. Elisandro 10-cu dəqiqədə fərqi minimuma endirdi. Bu, həm də birinci hissədə vurulan sonuncu qol oldu.
26-cı dəqiqədə Fineonun zərbəsini qapıçı son anda kənarlaşdıra bildi. Bir dəqiqə sonra topu uzaqlaşdıran zaman komandamız səhvə yol verdi ki, rəqib də bundan maksimum yararlandı və hesabı bərabərləşdirdi. Debütanlar oyunda ilk dəfə 32-ci dəqiqədə üstünlük qazandı. Penaltini Thales yerinə yetirdi.
Qeyd edək ki, millimiz 6-cı, Gürcüstan yığması isə ilk dəfə final mərhələsində iştirak edir.
-
Gürcüstan – Azərbaycan: Heyətlər
Avropa çempionatının final mərhələsi çərçivəsində bu gün keçiriləcək Gürcütsan – Azərbaycan oyunu üçün komandaların heyətləri:
-
Bu gün saat 17:30: Gürcüstan – Azərbaycan
Bu gün Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilk oyununu keçirəcək. D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Matç saat 17:30-da başlayacaq və İTV vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, millimiz 6-cı, Gürcüstan yığması isə ilk dəfə final mərhələsində iştirak edir.
-
Mətbuat konfransı keçirilib
Bu gün Avropa çempionatının final mərhələsinin D qrupunun oyunlarının keçiriləcəyi “Martini Plaza”da millimizin baş məşqçisi Joze Alesio Da Silvanın və qapıçı Emin Kürdovun iştirakı ilə mətbuat konfransı keçirilib.
-
Gürcüstan – Azərbaycan: Hakimlər
Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 22-də Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək Gürcüstan - Azərbaycan oyununa təyinatlar açıqlanıb:
-
Gürcüstan – Azərbaycan: Statistika
Avropa çempionatının final mərhələsindəki ilk rəqibimiz olan Gürcüstan yığması ilə Azərbaycan millisi 3-ü rəsmi olmaqla 9 matçda üz-üzə gəlib. İlk duel 22 il əvvəl baş tutub və heç-heçə başa çatıb. Ümumiyyətlə, bu 9 oyunun 7-də komandamız qələbə qazanıb. Bir matçda heç-heçə qeydə alınıb. Yeganə yenildiyimiz görüş isə 2013-cü ildə keçirilib.
-
Futzal bayramı başlayır
Bu gün Avropa çempionatının final mərhələsinə start veriləcək. Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq. Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı Ziggo Dome arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində - Amsterdamda və Qroningendə təşkil olunacaq.