AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
A MİLLİ
Millinin heyətində dəyişiklik
Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Belə ki, dünən Qroningendə keçirilən hazırlıq prosesi zamanı Emanoel Rodrigues "Maneka" zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.
Millinin məşqi. Qroningen (video)
Bu gün Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda gələn Azərbaycan millisi qrup oyunlarını keçirəcəyi Qroningen şəhərində ilk məşqinə çıxıb. Təxminən 1 saata yaxın davam edən hazırlıq prosesi daha çox bərpa xarakteri daşıyırdı. Məşqin sonuna yaxın Maneka taktiki çalışma zamanı zədələndi. Futzalçının çempionat oyunlarında komandaya kömək edib-etməyəcəyi sualına gün ərzində aydınlıq gətiriləcək.
Belçika - Azərbaycan: Video
“Oyunun əhəmiyyəti böyük idi”
Bu gün keçirilmiş Belçika – Azərbaycan yoldaşlıq oyunundan sonra milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva bunları deyib:
Belçika - Azərbaycan: Fotoreportaj
Millimiz yoldaşlıq oyunu keçirib
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan millisi bu gün Belçika yığması ilə qarşılaşıb. İsa Atayevin yüngül zədəsi olduğundan, görüşə ikinci hissədə qoşulub. Oyuna rəqib fəal başlayıb. Artıq 2-ci dəqiqədə meydan sahibləri hesabı açıb. 8-ci dəqiqədə isə Fariri uzaqdan qüvvətli zərbə ilə fərqi 2 topa çatdırıb. Ardınca Fineo qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. İki dəqiqədən sonra tam heyətlə mübarizəni davam etdirən komandamız fərqi minimuma endirməyi bacarıb. Vassoura adını tabloya yazdırdı. Bir qədər sonra Xətai Bağırov hesabı bərabərləşdirməyə yaxın olub. Hissənin sonuna yaxın baş məşqçi Alesio qapıçını meydan oyunçusu ilə əvəzləyib. Bu da rəqib qapçının qol vurmasına şərait yaradıb. İkinci hissəyə də komandamız yaxşı başlamayıb. Bu dəfə Xətai Bağırov ikinci sarı-qırmızı vərəqə alaraq meydanı tərk edib. İsa və Ramizin iki epizodda zərbəsi təhlükəli alınıb. Fasilədən sonra ilk qolu isə Qallo vurub və fərqi minimuma endirib. Amma 2 dəqiqə sonra Lukas yenidən qapımıza yol tapıb. 37-ci dəqiqədə komandamız 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Tyaqo dəqiq oynayıb. Oyunda son nöqtəni isə Lukas qoydu.
Belçika – Azərbaycan: Heyətlər
Bu gün keçiriləcək Belçika-Azərbaycan yoldaşlıq oyununa komandalar bu heyətlə çıxacaq:
Millinin məşqi. Borgloon (fotoreportaj)
BİRİNCİ
‹
10
11
12
13
14
15
16
17
18
19
20
›
SONUNCU