AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
A MİLLİ
Millinin məşqi - video
Sentyabrın 19-da və 20-də Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Aktau şəhərindəki Halyk Arenada dünən ilk məşqini keçirib.
Millinin məşqi. Aktau, Halyk Arena (fotoreportaj)
Sentyabrın 19-da və 20-də Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Aktau şəhərindəki Halyk Arenada bu gün ilk məşqini keçirib. Taktiki planda çalışan komandanın hazırlıq prosesindən fotoreportajı diqqətinizə çatdırırıq.
Millinin heyətində dəyişiklik
Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən kənarlaşdırılıb. Buna səbəb hər iki futzalçıya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları şəhəri tərk edə bilməməsidir. Əvəzində “Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.
"Toplanış və oyunlar təcrübə qazanmaq baxımında əla şansdır"
Qazaxıstanla oyunlara hazırlığını davam etdirən Azərbaycan millisi məşqlərini Bakı İdman Sarayında davam etdirir. Həm hazırlıq, həm də rəqiblə bağlı komandanın ən gənc üzvü olan Xəzər Ağalızadə bunları deyib.
"Məqsədimiz qələbə qazanmaqdır"
Təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisinin üzvü Oktay Rüstəmlinin azfutzal.az-a müsahibəsi
Millinin məşqi davam edir
Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Futzalçılarımız bu gün Olimpik Starda bir məşq keçib. Hazırlıq prosesindən əvvəl sentyabrın 12-də və 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan – Ermənistan dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra baş məşqçinin tapşırığına uyğun olaraq, taktiki tapşırıqlar yerinə yetirilib. Ölkə xaricində çıxış edən futzalçılardan Rafael Vilela və Qallo da komandaya qoşulub. Eduardo Borges isə sentyabrın 16-da Bakıya gələcək. Milli üzvləri həmin gün gecə saatlarında Bakı-Aktau hava reysi ilə səfərə yollanacaq.
Rəqibin heyəti açıqlanıb
Sentyabrın 19-da və 20-də Aktau şəhərində millimizlə yoldaşlıq oyununda üz-üzə gələcək Qazaxıstan yığmasının heyəti açıqlanıb. Baş məşqçi Kaka 16 futzalçıya dəvət göndərib.
Toplanış və yoldaşlıq oyunları üçün heyət
Dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisinin sentyabrın 12-dən 16-dək Bakıda, 17-dən 20-dək isə Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışı olacaq. Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə və yoldaşlıq oyunlarına 13 futzalçı dəvət edib. Cesar De Angelis Zhonatan, Amir Shojaei və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaq. Oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Komanda səfərə sentyabrın 16-sı gecə saatlarında yola düşəcək.
BİRİNCİ
‹
7
8
9
10
11
12
13
14
15
16
17
›
SONUNCU