AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
A MİLLİ
Beynəlxalq turnirdə son oyun
Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib. Komandamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Bu oyun ən azı bürünc medalçının kimliyini müəyyənləşdirmək baxımından vacib idi. Hətta Rusiya – İran oyununda ikincilər məğlub olacağı təqdirdə millimiz qələbə qazanmaqla gümüş medalı da əladə edə bilərdi. İstənilən halda, mükafatçılar sırasına düşmək üçün komandamız bu dueldə yenilməməli idi. İlk iki oyunda ardıcıl sarı vərəqə alan Vassora görüşü buraxırdı. Onun yoxluğunda baş məşqçi Joze Alesio Da Silva “5-lik”də Rizvan Fərzəliyevə yer vermişdi. İsa Atayev də zədəli olduğuna görə matçı ehtiyatdan izləyirdi. Oyuna rəqib fəal başladı və tezliklə hesabı açdı. İkinci qol autdan top oyuna daxil edilən zaman Thaqoya dəyib qapıdan keçdi. Növbəti qol isə Birjandan gəldi. 17-ci dəqiqədə fərqi azaltmaq mümkün idi. Cərimə limitini dolduran Qazaxıstan millisinin qapısına 10 metrlik təyin olundu. Amma Amadeunun zərbəsini İqita kornerə çıxarmaqla buna imkan vermədi. Sonrakı dəqiqələri komandamız 5 meydan oyunçusu ilə keçirdi ki, kapitan qapıçını əvəzlədi. Bu rəqibin işinə yaradı. Duqlas fasilə ərəfəsində fərqi 4 top çatdırdı. İkinci hissədə qapıçının meydan oyunçusu ilə əvzlənməsi 27-ci dəqiqədə bəhrəsini verdi. Thaqo bu dəfə fərqi azaldan qola imza atdı. Ancaq 28-ci dəqiqədə Duqlas boş qapını nişan almaqla 4 topluq fərqi bərpa etdi. Oyun sistemini saxlayam komandamız 35-ci dəqiqədə Poletto ilə qola yaxın oldu. Ancaq İqita səhsiz oynadı. 37-ci dəqiqədə Eduardo istəyinə çatdı və turnirdə ikinci dəfə rəqib torunu silkələdi. Bir dəqəqə sonra Kardosunun zərbəsi qapı tirinə tuş gəldi. Beləliklə ikinci dəfə təşkil edilən Caspian Cup turnirində komandamız sonuncu pilləni tutdu.
Azərbaycan - Qazaxıstan: Heyətlər
Caspian Cup-2019 turniri çərçivəsində saat 15:00-da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu üçün komandaların heyətləri:
Millimiz turnirdə son oyununu keçirəcək
Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirəcək. Komandamız Qazaxıstan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
İran - Azərbaycan 2:2 (video)
“Bu gün çox yaxşı oynadıq”
Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində İranla keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib:
İran - Azərbaycan (fotoreportaj)
İkinci oyunda heç-heçə
Rusiyanın Həştərxan şəhərində təşkil olunan Caspian Cup-2019 turnirində futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib. İlk oyunda Rusiyaya yenilən millimiz bu dəfə Qazaxıstanı məğlub etmiş İranla qarşılaşıb. Baş məşqçi Joze Alesio Da Silva ilk matçdakı “5-lik”lə oyuna başlayıb. Hesab isə erkən açılıb. Təzyiqi artıran millimiz 4-cü dəqiqədə avtoqola sevinib. Cərimə zərbəsi zamanı Sanqsefidi topu geri qaytarmaq istəyərkən qol qeydə alınıb. Bundan sonra da millimiz üstün tərəf olub. Kardoso, Thaqo və Eduardonun zərbələrini qapıçı zərərsizləşdirib. Rəqib də həmlələr edirdi. Nəhayət 18-ci dəqiqədə Amadeunun qüvvətli zərbəsi qarşısıalınmaz oldu. İkinci hissənin startından hesabda geri olan İran təzyiq etməyə başladı. Nəticədə 22-ci dəqiqədə fərq minimuma endirildi. 32-ci dəqiqədə artıq komandaların passivində 5 cərimə xalı var idi. Bundan millimiz faydalana bilərdi. Bunun üçün 32-ci dəqiqədə hakimin təyin etdiyi 10 metrəlik cərimə zərbəsini dəqiq yerinə yetirmək lazımdı ki, Kardoso bunu bacarmadı. Əvəzində 35-ci dəqiqədə rəqib hesabı bərabərləşdirdi. Qeyd edək ki, komandamızı dəstəkləmək üçün Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) region nümayəndəliyinin üzvləri də arenaya gəlmişdilər. Futzalçılarımız turnirdə son oyununu sentyabrın 25-də, saat 15:00-da Qazaxıstan yığmasına qarşı keçirəcək.
İran - Azərbaycan: Heyətlər
Caspian Cup-2019 turniri çərçivəsində bu gün keçiriləcək İran - Azərbaycan oyunu üçün komandaların heyətləri:
BİRİNCİ
‹
25
26
27
28
29
30
31
32
33
34
35
›
SONUNCU