AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
A MİLLİ
Millinin heyəti açıqlanıb
Xəbər verdiyimiz kimi, Azərbaycan millisi noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışı, ayın 4-də və 5-də adıçəkilən ölkənin yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək. Komandamız oktyabrın 31-dən noyabrın 2-dək Bakıda məşq edəcək. Baş məşqçi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.
Reytinq cədvəli açıqlanıb
Millimiz 2 yoldaşlıq oyunu keçirəcək
AVRO-2026-ya hazırlıq məqsədi ilə Azərbaycan millisi noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.
Millimiz Çexiyada ilk məşqini keçirib (fotolar)
Sentyabrın 19-da və 20-də Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir. Komandamız bu gün oyunun keçiriləcəyi Zlin şəhərindəki idman zalında ilk məşqinə çıxıb. Təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar taktiki tapşırıqlar və standart vəziyyətlərin icrası üzərində çalışıb. Növbəti məşq sabah eyni məkanda baş tutacaq.
Millinin Çexiya ilə oyun üçün heyəti
Sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin yekun heyəti açıqlanıb. Baş məşqçi Vitali Boriov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq. Komanda sabah səhər saatlarında Bakı-Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə yollanacaq.
Statistika nə deyir?
Xəbər verdiyimiz kimi, Azərbaycan millisi sentyabrın 19-da və 20-də Çexiya ilə yoldaşlıq oyunları keçirəcək. Zlin şəhərində baş tutacaq matça qədər tərəflər artıq 6 dəfə üz-üzə gəliblər. Bu matçlardan 4-də rəqib, ikisində isə komandamız qələbə qazanıb. 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində isə rəqibimizlə 2 dəfə gücümüzü sınamışıq. Qrup mərhələsində böyükhesablı qələbə qazanan Azərbaycan millisi 3-cü yer uğrunda matçda məğlub olub. İndiyə qədər keçirilmiş oyunların nəticələrini diqqətinizə çatdırırıq:
Millinin məşqindən fotolar
Təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisi gündə iki dəfə olmaqla hazırlığını Olimpik Starda davam etdirir. Zədə səbəbindən Kənan Manafov millinin düşərgəsinə dəvət almayıb. Sentyabrın 16-dək Bakıda məşq keçəcək yığmamız ertəsi gün səfərə çıxacaq. Millimiz sentyabrın 19-da və 20-də Çexiya ilə Zlin şəhərində 2 yoldaşlıq oyununda gücünü sınayacaq.
Millinin toplanışı başlayıb
Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda toplanışı başlayıb. Bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək. Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.
‹
1
2
3
4
5
6
7
8
9
10
11
›
SONUNCU