Bu gün VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisi ikinci oyununu keçirib. Komandamız Özbəkistan futzalçıları ilə qarşılaşıb. Oyun rəqibin 13:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Emil Həsənzadə və Fərid Abbasov fərqləniblər. Millimiz qrupda son oyununu noyabrın 8-də Səudiyyə Ərəbistana qarşı keçirəcək.
Özbəkistan – Azərbaycan (4:1) 13:2
6 noyabr. Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi, Yaşıl zal. Saat 17:00
Qollar: Emil Həsənzadə, Fərid Abbasov
Azərbaycan
1. Kamran Hacıyev (q, k), 3. Kənan Manafov, 5. Eldar Zeynalov, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 12. Cavad Məmmədov (q), 2. Ədalət Ələkbərov, 4. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Oqtay Mahmudzadə
Baş məşqçi: Yevgeni Kukseviç