...

Hakimlər və hakim-inspektorlar üçün seminar keçirilir (fotolar)


AFFA-nın inzibati binasında FİFA tərəfindən futzal hakimləri və hakim inspektorları üçün seminar keçirilir.

Fevralın 20-dən start götürən və 22-dək davam edəcək seminar FİFA instruktoru Perry Gautier tərəfindən həyata keçirilir. Seminarda Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən göndərilmiş rəsmi müraciət məktubuna əsasən, iki futzal hakimi və bir hakim-inspektor da iştirak edir. Mübadilə proqramı (exchange) əsasında Səudiyyə Ərəbistanından gələn hakimlər və hakim-inspektor Yüksək Liqanın XIV turunun “Alyans” – U 19 oyununa  təyinat alıblar.