...

Knyaz Əmiraslanov təyinat alıb


Futzal üzrə FIFA refersisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

K.Əmiraslanov futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Albaniyanın “Tirana Futsal”, Bosniya və Herseqovinanın KMF “Radnik Bijeljina”, Uelsin “Cefn Druids” və Şimali İrlandiyanın “Sparta Belfast” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 26-dək Albaniyada təşkil olunacaq.