...

İntizam Komitəsinin qərarları


07.03.2024-cü il tarixində keçirilməli olan “Record club” – “Baku Fire” oyunu “Record club” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Record club” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);

08.03.2023-cü il tarixində keçirilən “Bakı” MFK – “Baku Fire-2” oyununda Bakı MFK komandasının oyunçusu Şöhrət Yusifov oyunun 30-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);

10.03.2023-cü il tarixində keçirilən “Dəstə Ordubad” – “Ulduz” oyununda “Ulduz” komandasının oyunçusu Babək Mirzəyev oyunun 27-ci dəqiqəsində düşüncəsiz şəkildə cərimə zərbəsi ilə nəticələnən qayda pozuntusuna görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);